Icma.az
close
up
RU
“Qanuna dəyişikliyin əsas məqsədi şəffaflığın təmin edilməsidir” Təmraz Tağıyev

“Qanuna dəyişikliyin əsas məqsədi şəffaflığın təmin edilməsidir” Təmraz Tağıyev

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin, Qiymətləndiricilər Palatasının rəsmi nümayəndələrinin, habelə bir sıra şəhər və qəsəbə bələdiyyə sədrlərinin iştirakı ilə “Qiymətləndirmə sahəsində qanunvericiliyin tətbiqi üzrə bələdiyyələrin çətinlikləri və onların müzakirəsi” mövzusunda görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev məlumat verib. 

T. Tağıyev bildirib ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununun icrası ilə əlaqədar bələdiyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi aktlarda məcburi qiymətləndirmə ilə bağlı yeni qaydalar qüvvəyə minib. 

Belə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca va ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən müəyyən ediləcək. 

Sədr qeyd edib ki, Qanunda edilən bu dəyişikliyin əsas məqsədi bələdiyyələrdə əvvəlki illərdə rast gəlinən neqativlərin aradan qaldırılması və şəffaflığın təmin edilməsidir. Qanunun icrası ilə bağlı bir sıra hüquqi sənədlər təsdiq edilərək artıq qüvvəyə minmişdir. Sədr bildirib ki, bu görüşün də keçirilməsinin əsas məqsədlərdən biri də qəbul edilən hüquqi sənədlər toplusu barədə bələdiyyələrin məlumatlandırılması və bütün tərəflərin iştirakı ilə bələdiyyələri narahat edən məsələlələrin müzakirəsidir. 

ABMA-nın əlaqələndirici koordinatoru Aydın Muradov mövzu ilə bağlı təklif və tövsiyələrini bildirməklə, bələdiyyələri qanunun icrası ilə bağlı yarana biləcək məsələləri aktiv şəkildə müzakirə etməyə çağırdı. 

Görüşdə İqtisadiyyat Nazirliyinin, Qiymətləndiricilər Palatasının rəsmi nümayəndələri, habelə bir sıra şəhər və qəsəbə  bələdiyyə sədrləri çıxış edərək qiymətləndirmə ilə bağlı bir sıra problemlər səsləndirilib və həlli istiqamətində qurumların nümayəndələri tərəfindən təkliflər verilib.

Sonda bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin qiymətlərinin təyin olunması üçün birgə ümumi metodologiyanın hazırlanması ilə bağlı razılıq eldə edilib. Məqsəd bələdiyyələr tərəfindən hərraca çıxarılan torpaqların satışında şəffaflığın təmin edilməsinə nail olmaqdır.

Ciddi fikir mübadiləsi şəraitində keçən görüşdə bələdiyyə sədrlərini narahat edən bir sıra vacib suallar rəsmi qurumların təmsilçiləri tərəfindən cavablandırılıb.  




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 May 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri