Qanundan xəbəri olmayan sürücü inadkarlıq edib qayda pozdu VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı-Sumqayıt yolunda qaydaları pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, 01-CR-219 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü sağ zolaq boş olan halda sol zolaqla hərəkət edib. O, görüntünü qeydə alan sürücünün qarşısına keçərək yolunu kəsib. Sürücü dəfələrlə işıq siqnalı ilə yol istəsə də, o, inadkarlıq edərək asta sürətlə yoluna davam edib.
Qeyd edək ki, Bakı-Sumqayıt yolu yaşayış məntəqəsindən kənar yer olduğu üçün, sürücülər sağ zolaq boş olan halda digər zolaqlarla hərəkət etməməlidir.
"Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsində qeyd olunub ki, yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.
Qeydə alınmış videoda sağ zolağın tamamilə boş olduğu və sürücünün asta sürətlə hərəkət etdiyi aydın şəkildə əks olunub.
Könül Rauf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 Fevral 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















