Qanundan xəbəri olmayan sürücü: Yolu kəsib özünə haqq qazandırdı VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Qanundan xəbərsiz sürücü yolda hərəkəti çətinləşdirib. Avtosfer.az xəbər verir ki, hadisə Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, 77-BG-545 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü tıxac olduğunu görərək yolayrıcına daxil olub. Bu zaman sağdan gələn nəqliyyat vasitələrinin yolunu kəsərək onların keçib getməsinə maneə yaradıb.
Görüntünü qeydə alan sürücü işıq siqnalı ilə narazılığını bildirən zaman, həmin sürücü əl hərəkətləri ilə "hara sürüm, görmürsən tıxacdır?" deyərək özünə haqq qazandırıb.
"Yol hərəkəti haqqında" qanunun 75-ci maddəsində qeyd olunub ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
Qeyd edək ki, bu qayda pozuntusunun törədilməsinə görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 Fevral 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















