Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Qanuni oğrular”ın hakimiyyəti cinayətkar dəstələrin aqibəti pis olub: ölüm, həbs...

“Qanuni oğrular”ın hakimiyyəti cinayətkar dəstələrin aqibəti pis olub: ölüm, həbs...

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

SSRİ-nin dağıldığı ilk illərdə milislər peçenye ilə maaş alıb, insanlar ciddi ərzaq çatışmazlığı ilə üzləşib. Lakin ölkədə yeganə real güc əlisilahlı canilər olub. Onlar hər şeyə nəzarət ediblər - bazarlardan fabriklərə, fahişələrdən tutmuş qəbiristanlıqdakı yerlərə qədər. Paradoksal olaraq, bir çox insanlar quldurların məmurlardan daha dürüst olduğuna inanıblar.

1990-cı illərdə gənclər arasında ölüm göstəricisi 35-70% artıb. Hər şəhərdə mütəşəkkil cinayətkar qruplar fəaliyyət göstərib və onların rəhbərləri nazirlərdən yaxşı yaşayıblar. Cinayətkarların gəlirlərinin dəqiq rəqəmləri hələ də məlum deyil, lakin fraqmentli məlumatlar rəsmi hökumətlə paralel mövcud olan cinayət imperiyasının miqyası haqqında təsəvvür yaratmağa imkan verir.

“Tver qurdları” - yolların sahibləri

Tverdən olan kiçik, lakin çox aqressiv qrup ölkənin ən mühüm iqtisadi arteriyalarından birinə - Moskva-Sankt Peterburq avtobanına “nəzarət” edib. Dəstə cəmi on nəfərdən ibarət olsa da, magistral yolda “vəziyyətə” onlar baxıb. “Lom” ləqəbli Aleksandr Kostenkonun xəbəri olmadan heç bir yük yoldan keçə bilməyib. Yanacaqdoldurma məntəqələri, yük daşımaları, yol kənarındakı kafelər və motellər “Tverskilər”ə xərac verib. Sahibkarlar ayda 1500 dollar, fahişələr gündə 600 rubl veriblər. Müqavimət göstərmək istəyənlər nümayişkaranə şəkildə öldürülüb - başqaları cəsarət etməsin deyə
“Lom” özü lüks həyat tərzində yaşayıb. Onun Tverin mərkəzində üçmərtəbəli malikanəsi, onlarla avtomobili olub. 1990-cı illərin əvvəllərində bir əyalət şəhəri üçün bu, görünməmiş dəbdəbə sayılıb.

Dəstənin ən qəddar cinayəti 2002-ci ildə müğənni Mixail Kruqun qətli olub. Plana əsasən Dmitri Veselov evi qarət edib ərazidən uzaqlaşacaqdı .Lakin həmin vaxt müğənni gözlənilmədən evə gəlib və qatil onu vurub. Bu kobud səhvə görə Veselov sonradan ətrafındakılar tərəfindən öldürülüb. 2006-cı ildə dəstə “Lom”un ölümündən sonra fəaliyyətini dayandırıb. Onun avtomobili pulemyotlarla deşik-deşik edilib, mütəşəkkil cinayətkar dəstənin sağ qalan üzvləri saxlanılaraq ömürlük həbs cəzasına məhkum ediliblər.

“Hadi Taktaş” - Kazanın sahibi

Tatarlardan ibarət “Hadi Taktaş” dəstəsi 1982-ci ildən 1999-cu ilə qədər Kazanı dəmir məngənəsində saxlayıb. Qırxdan çox şirkət, şəhərin bütün fahişələri və hətta qəbiristanlıqlar onların nəzarətində olub. Dəstənin icazəsi olmadan qohumu dəfn etmək və ya baş daşı qoymaq mümkün olmayıb.

Hətta Vasili Stalinin Arskoye qəbiristanlığındaki məzarı da dəstənin icazəsi ilə qoyulub. Bandanın başçısı “Raca” ləqəbli Radik Qaliəkbərov özü ilə bir milyon dollar nağd pul gəzdirib. O, qüdrətini nümayiş etdirərək sağa-sola pul atıb.

“Hadi Taktaş”ın üzvləri 50-yə yaxın insanı qətlə yetirib. Dəstənin sadə bir prinsipi olub: dəstəyə daxil olan adamın yalnız ölüsü çıxa bilər. 1999-cu ildə “Raca”nın qatillərindən biri onu satıb. 2002-ci ildə kriminal lider ömürlük “Qara delfin” həbsxanasına göndərilib.

“Orexovski” - seriallar üçün prototiplər

Dövrün simvoluna çevrilmiş “Orexovski” bandası 1990-cı illərin ortalarına qədər Rusiya paytaxtının taksi xidmətlərinə, dörd böyük bazara, “Kapital Ekspress” bankına və hətta Domodedovo hava limanına nəzarət edib.

Mütəşəkkil cinayətkar qruplaşmanın lideri, “Silvestr” ləqəbli, keçmiş Novqorod traktorçusu olan Sergey Timofeyev 14 milyon dolların sahibi olub. O, “Briqada”da “Saşa Belov”, “Buz dövrü”ndə “Rokki” və “Dəstələr” serialında “Silver” personajları üçün prototip olub. Acgöz və amansız olan dəstə böyük şirkətlər qazanclarının 30%-ni, kiçiklərin 70% -ni qamarlayıb. Xərac verməyə razı olmayanlar nümayişkaranə və amansızcasına öldürülüb. Dəstə rəsmi olaraq 30 qətl törədib, lakin qurbanların real sayı, yəqin ki, daha çoxdur.

Dəstənin qatillərindən biri “kriminal avtoritet” Saşa Makedonskini öldürən əfsanəvi Saşa Soldat olub. 1994-cü ilin iyununda “Orexovski” quldurları oliqarx Boris Berezovskinin avtomobilini partladıblar, lakin o, möcüzə nəticəsində sağ qalıb.

Dəstə 1994-cü ilin sentyabrında “Silvestr”in ölümündən sonra parçalanmağa başlayıb. Sergeyin avtomobili partladılıb. Onu əvəzləyən Sergey Butorinin (Osya) ciddi hörməti olmayıb və qrup dağılıb. “Orexovski” qatillərinin sonuncusu Dmitri Belkin yalnız 2012-ci ildə tutulub.

“Tambovskiye” - Sankt-Peterburqun gecə qubernatorları

1990-cı illərin ən böyük və ən nüfuzlu mütəşəkkil cinayət qrupunun 500-ə qədər üzvü olub. Onlar Rusiyada narkotik ticarətinin üçdə birinə nəzarət ediblər, hakimiyyətin ən yuxarı pillələrində adamları olub. “Kum” ləqəbli lider Vladimir Kumarin (Barsukov) Sankt-Peterburqun mərkəzində tarixi malikanəyə sahib olub və hesablarında 2 milyard dollara yaxın pul saxlayıb.

Şəhərdə Kumarin “gecə qubernatoru” adlanıb. O, özünü ədalətli və xalqa yaxın hakimiyyət sahibi kimi göstərib. Adi vətəndaşlar kömək üçün onun yanına gəlib və o, hər kəsə yardım edib. Dəstənin ən səs-küylü cinayəti 1998-ci ildə deputat Qalina Starovoytovanın qətli olub. O, Tambov dəstəsinin iki qatili tərəfindən öz mənzilinin girişində güllələnib. Qətlin sifarişçisi hələ də məlum deyil. Kumarin yalnız 2007-ci ildə həbs olunub və 15 il müddətinə azadlqdan məhrum edilib. Sonra bu müddət 24 ilə qədər artırılıb.
1990-cı illər geridə qalıb, lakin hazırda Rusiyada biznes üçün ən böyük təhlükə vergiləri və tənzimləyici orqanları ilə dövlətin özüdür. Bir çoxları quldurların məmurlardan daha dürüst olduğunu iddia edirlər. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri