Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

qanunları bilərəkdən, anlaqlı şəkildə pozur Bəs bu hal nə qədər davam edəcək?…

qanunları bilərəkdən, anlaqlı şəkildə pozur Bəs bu hal nə qədər davam edəcək?…

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hüquqşünas: Əgər Misli.az platforması doğrudan da oyunun real nəticəsini təhrif edərək başqa cür göstəribsə, müqavilə maddələrinin arxasına gizlənməklə məsuliyyətdən azad ola bilməz…

Poliqon xəbər verir ki, “Misli”nin onlayn mərc platformasında mərc həvəskarlarını aldatmaq, onları daha çox pulu mərcə qoymağa sövq eləmək üçün futbol matçlarının onlayn matç hesabları bilərəkdən saxtalaşdırır və mərc həvəskarlarına səhv məlumatlar veririr.

Misal üçün Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla 5-0 məğlub olub. Bu oyunda Azərbaycan heç bir qol vurmayıb. Hətta sayılmayan qol belə olmayıb. Lakin “Misli”nin onlayn mərc platformasında komandalar arasında hesab ikinci hissədə 2-1 göstərilib.

Mərc həvəskarları hesab edirlər ki, bilərəkdən “Misli” onları çaşdırır və mərcə daha çox pul qoymağı sövq edir. Mərc həvəskarları bildirir ki, belə hallar həmişə təkraralanır.

Bununla bağlı “Misli”nin mövqeyini öyrəndik. Sorğumuza cavab olaraq “Misli”dən bildirdilər ki, platforma belə halalra görə məsuliyyət daşımır:

“Misli.az veb-saytı idman mərc və lotereya oyunlarını beynəlxalq standartlara uyğun öz müştərilərinə təklif edən platformadır. Oyunlarla bağlı statistik məlumatlar Misli.az tərəfindən deyil, bu sahədə ixtisaslaşmış xarici təchizatçı tərəfindən təmin edilir. Bu məlumatda səhvlər və ya gecikmə halları aşkar edildikdə adətən bir neçə dəqiqə ərzində xarici təchizatçı tərəfindən aradan qaldırılır.

Misli.az-ın oyun iştirakçılarını hər hansı mərc seçimlərinə məcbur etmək kimi niyyəti yoxdur. Oyun iştirakçıları ilə bağlanan müqavilənin 11.3-cü maddəsində də qeyd edildiyi kimi, Misli.az tərəfindən verilən nümunə, kupon və mərc seçimi təklifi, yazı və s. kimi təqdim edilən əlavə xidmətlər yalnız xidmətlərin izahı üçün nəzərdə tutulub və tövsiyə xarakteri daşıyır. Misli.az bu nümunə, yazı və digər əlavə xidmətlərə görə hər hansı bir məsuliyyət daşımır.

Həmin müqavilənin 10.5-ci maddəsində də qeyd edilir ki, Misli.az oyun seçimini asanlaşdırmaq üçün müxtəlif təkliflər, o cümlədən mərc seçimi təklifləri və ya statistik məlumatlar verə bilər. Lakin təkliflərin seçilməsinə görə ancaq İştirakçı məsuliyyət daşıyır.

Mərc edilən zaman açılan dialoq pəncərəsində də Misli.az-ın əks etdirilən statistik məlumatlara görə məsuliyyət daşımadığı qeyd edilir”, deyə sorğumuza aldığımız cavabda bildirilir.

Aydınlıq üçün Misli.az-ın elektron müqaviləsinin 10.5 və 11.3 maddələrini təqdim edirik:

Maddə 10.5. Misli.az oyun seçimini asanlaşdırmaq üçün müxtəlif təkliflər, o cümlədən mərc seçimi təklifləri və ya statistik məlumatlar verə bilər. Lakin təkliflərin seçilməsinə görə ancaq İştirakçı məsuliyyət daşıyır.

Maddə 11.3. Misli.az tərəfindən verilən nümunə, kupon və mərc seçimi təklifi, yazı və s. kimi təqdim edilən əlavə xidmətlər yalnız xidmətlərin izahı üçün nəzərdə tutulmuşdur və tövsiyə xarakteri daşıyır. Misli.az bu nümunə, yazı və digər əlavə xidmətlərə görə hər hansı bir məsuliyyət daşımır və İştirakçı bununla bağlı Misli.aza qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

Qeyd edək ki, burda söhbət heç də kupon və mərc seçimi təklifi ilə bağlı tövsiyyələrdən, əlavə xidmətlərdən getmir. Söhbət Misli.az-ın rəsmi səhifəsində insanların bilərəkdən aldadılmasından, onlara yanlış məlumat verilməsindən gedir ki, bu da Misli.az-ın qanunları bilərəkdən, düşünülmüş şəkildə pozduğunu göstərir və təbii ki, bununla bağlı Misli.az hüquqi və mənəvi məsuliyyət daşıyır. Yəni aldığımız cavabda Misli.az növbəti dəfə bizi də yanıltmağa cəhd edib…

Misli.az-ın cavabının hquqi tərəflərin araşdırmaq üçün Poliqon-un əməkdaşı hüquqşünas Ellada Bayramovaya müraciət edib.

Hüquqşünas bildirib ki, onlayn mərc və qumar tipli platformalarda istifadəçilərə təqdim olunan “razıyam” tipli müqavilələr hüquqda “elektron müqavilə” və ya “oferta-aksept əsasında bağlanan müqavilə” hesab olunur. Azərbaycan Respublikasının qanunvericiliyinə görə müqavilə şifahi, yazılı və ya elektron formada bağlana bilər və Mülki Məcəllənin406.1 maddəsinə görə elektron üsulla göndərilən təklif və cavab da müqavilənin bağlanmasına gətirib çıxarır.

Lakin müqavilə azadlığı və onun sərhədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə tərəflər müqavilə şərtlərini azad müəyyən edə bilirlər (maddə 390). Lakin bu azadlıq ictimai qaydaya, qanunlara və dürüstlük prinsiplərinə zidd ola bilməz. Yəni, heç bir müqavilə şərti istehlakçının aldanmasına, yanıdılmasına haqq qazandıra bilməz.

Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən istehlakçıya yanlış və ya aldadıcı məlumat verilməsi qadağandır və bu halda “Misli.az” platforması məhsul və ya xidmət barədə düzgün və dürüst məlumat vermək öhdəliyinə malikdir:

“Aldadıcı məlumat əsasında bağlanan müqavilələr, ümumiyyətlə, etibarsız hesab oluna bilər (MM, maddə 329 və 330). Misli.az müqaviləyə belə maddələr (10.5 və 11.3) daxil etməklə öz məsuliyyətini minimuma endirməyə çalışır”, deyə Ellada Bayramova vurğulayıb

Hüquqşünas qeyd edib ki, burda vacib fərq var. Əgər platforma sadəcə statistik məlumatı, proqnozu və ya kupon nümunəsini təqdim edirsə, onda məsuliyyətdən yayınması hüquqi cəhətdən mümkündür:

“Amma əgər real oyun hesabını bilərəkdən yanlış göstərirsə, bu artıq istehlakçını yanıltmaqdır və müqavilə maddələri ilə belə bir məsuliyyəti üzərindən atmaq qanunvericiliyə ziddir.

Başqa sözlə, heç bir müqavilə şərti bir şirkətə bilərəkdən saxta məlumat vermək və aldatmaq imtiyazı verə bilməz. Bu, aldadıcı kommersiya praktikasına aid edilir və həm Mülki Məcəlləyə, həm də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə qadağandır.

Əgər Misli.az platforması doğrudan da oyunun real nəticəsini təhrif edərək başqa cür göstəribsə, bu müqavilə maddələrinin arxasına gizlənməklə məsuliyyətdən azad ola bilməz.

Belə hal istehlakçıların aldadılması kimi qiymətləndirilir və müştərilərin AR Mülki Məcəlləsinə və istehlakçı hüquqlarının müdafiəsi qanunlarına əsasən iddia qaldırmaq hüququ var. Hətta bu cür maddələr məhkəmə tərəfindən etibarsız şərt (null and void) kimi tanına bilər.

Misli.az platformasının 10.5 və 11.3-cü maddələri onları yalnız məsləhət xarakterli statistik və təkliflərə görə məsuliyyətdən qismən azad edə bilər. Amma oyunun real hesabını bilərəkdən yanlış göstərmək artıq istehlakçının aldadılmasıdır və bu halda qanun müqavilə maddələrinin üstünlüyünü tanımır. Deməli, Misli.az da belə hallarda məsuliyyətdən yayınmır”, deyə hüquqşünas şərhini yekunlaşdırıb.

Hüquqşünasın da şərhindən gördüüyümüz kimi, Misli.az bilərəkdən açıq şəkildə qanunları pozaraq hansısa elektron müqavilə vasitəsi ilə özünü məsuliyyətdən azad etməyə cəhd edir.

Xatırladaq ki, Poliqon hələ 2023-cü ildə Misli.az platformasının mərc həvəskarlarına saxta məlumatlar verərək aldatması barədə məqalə dərc edib. Həmin məqlə ilə aşağıdakı linkdə tanış ola bilərsiz:

https://poliqon.info/topaz-ve-misliden-yeni-hoqqabazliq-%E2%80%93-saxta-neticelerle-insanlari-nece-aldadirlar–532878-xeber.html

Aradan ötən müddətdə Misli.az platforması Azərbaycan qanunlarını bilərəkdən, anlaqlı şəkildə pozmağa və öz müştərilərini aldatmağa davam edir. Bəs bu hal nə qədər davam edəcək?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see318

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see316

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see303

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see297

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see296

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see292

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see291

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see283

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see283

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see258

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see257

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see254

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see253

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see248

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see247

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see243

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see242

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see239

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri