Icma.az
close
up
RU
Qanunsuz verilən pulları məhkəmə geri qaytarmayacaq Hüquqşünasdan xəbərdarlıq

Qanunsuz verilən pulları məhkəmə geri qaytarmayacaq Hüquqşünasdan xəbərdarlıq

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rüşvət verib aldadılan şəxs də hüquqi müdafiədən məhrum qala bilər” 

Bu gün Ali Məhkəmə qanunsuz məqsədlə verilən pullarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Hazırda Azərbaycanda banklardan kredit ala bilməyən, xəstəlik, təcili borc və ya müflisləşmə kimi çarəsiz vəziyyətlərə düşən minlərlə insan sələmçilərin toruna düşür. İnsanların çarəsizliyindən sui-istifadə edən bu şəxslər qanunsuz şəkildə yüksək faizlə borc verərək onları daha ağır maliyyə yükü altında əzirlər.

Ali Məhkəmənin müraciətində qeyd olunub ki, vədlər yerinə yetirilmədiyi halda, mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə qaydasında geri almaq mümkün olmur. Ali Məhkəmə vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni əsaslarla qurmağı və qanunsuz münasibətlərdən uzaq durmağı tövsiyə edib.

Mövzu ilə bağlı hüquqşünas Mehman Muradlı Sherg.az-a bildirib ki, heç kim öz qanunsuz davranışından hüquqi fayda əldə edə bilməz:

"Qanunsuz məqsədlə verilən vəsaitlərə rüşvət, qanunsuz yolla işə düzəltmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə sənədlərin saxtalaşdırılması və ya saxta sənədlər əsasında daşınmaz əmlakın satışı kimi hüquqa zidd hallar daxildir. Əgər iki nəfər qanunsuz nəticə əldə etmək üçün razılaşıbsa və onlardan biri digərini aldadıbsa, məhkəmə qanunsuz sövdələşməni qorumaq üçün vasitəyə çevrilə bilməz”. 

Hüquqşünas məsələni baş vermiş hüquqi faktlar əsasında izah edib:

“Məsələn vətəndaş qeyri-leqal yollarla işə qəbul olunmaq məqsədilə digər şəxsə 10.000 manat vəsait ödəyir. Vəd edilən nəticə əldə olunmadıqda isə pulu verən şəxs maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə ilk növbədə tərəflər arasındakı pul dövriyyəsinin hansı qanuni əsasa söykəndiyini və vəsaitin nə məqsədlə verildiyini araşdırır. Pulun verilmə məqsədi legitim olmadığı üçün yaranan qeyri-qanuni münasibət hüquqi müdafiədən məhrum olur. Çünki ortada qanuni müqavilə öhdəliyi yoxdur”. 

M.Muradlının sözlərinə görə, məhkəmə qanunları qorumaq üçün var, qanunsuzluqları yox: 

“Qanunsuz münasibətdə hər iki tərəf təqsirkar olduqda, məhkəmə onlardan birinin xeyrinə müdaxilə etmir. Bəzən insanlar düşünür ki, pul köçürməsi, qəbz və ya yazışma varsa, itirdikləri vəsaiti geri ala biləcəklər. Lakin əsas məsələ pulun verilmə məqsədidir. Məhkəmə qanunsuzluğu “rəsmiləşdirən” sənədi müdafiə edə bilməz. Tam əsassız pul tələbləri ilə məhkəməyə müraciət edənlərin sayı da az deyil. Bunlar isə məhkəmələrin yerli-yersiz iş yükünün artmasına səbəb olur. Ali Məhkəmənin xalqa ünvanladığı xəbərdarlıq da məhz bunun qarşısını almağa xidmət edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see466

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see424

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see318

Frank Jaffe SITA nın qlobal xidmətlər komandasına rəhbərlik edəcək

16 İyun 2026 21:59see272

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see269

17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

16 İyun 2026 18:28see245

“XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçirib FOTOLAR

16 İyun 2026 17:50see223

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı azalıb

16 İyun 2026 18:20see214

Mehparə Cəfərova Gəncədə qəzaya düşdü FOTO

16 İyun 2026 22:55see171

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see166

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

17 İyun 2026 01:52see165

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see163

Holand atasından 32 sonra dünya çempionatında debüt edib

17 İyun 2026 02:41see158

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see158

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırıldı

16 İyun 2026 23:02see157

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see155

Fidan və Lavrov Bakı İrəvan sülh prosesini müzakirə ediblər

16 İyun 2026 18:05see155

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see154

Dünyanın ən hündür qadını 30 il səhv diaqnozla yaşayıb: həkimlər yanılıb “Daily Star“

16 İyun 2026 15:53see153

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri