Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Qanunvericilik 65 yaşa çatanlara nələr vəd edir?..

Qanunvericilik 65 yaşa çatanlara nələr vəd edir?..

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda pensiya yaşına çatmış şəxslərin hüquqları qanunvericiliklə geniş şəkildə tənzimlənir. Bu sahədə əsas hüquqi baza Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, “Əmək pensiyaları haqqında” qanun və digər normativ-hüquqi aktlardan ibarətdir.

Mövzu ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, pensiya yaşına çatmış hər bir vətəndaşın əsas hüquqlarından biri əmək pensiyası almaqdır. Onun sözlərinə görə, bunun üçün qanunda nəzərdə tutulmuş prinsip kapitalı toplamaq, minimum sığorta stajı tələb olunur ki, bu da hazırda 25 ildir:

“Əgər vətəndaşın sığorta stajı bu tələbi ödəmirsə, o zaman yaşa görə sosial müavinət almaq hüququ mövcuddur. Eyni zamanda, pensiya yaşına çatmaq əmək fəaliyyətinin başa çatması anlamına gəlmir. Vətəndaş pensiya almaqla yanaşı, işləmək hüququnu da saxlayır və heç bir işəgötürən onu yalnız yaşına görə işdən azad edə bilməz. Bu, Konstitusiyanın 35-ci maddəsində və Əmək Məcəlləsinin 16-cı maddəsində açıq şəkildə qeyd olunub”.

Hüquqşünas qeyd edib ki, pensiya yaşına çatmış şəxslər icbari tibbi sığorta ilə də təmin olunurlar:

“Onlara dövlət tərəfindən müxtəlif sosial güzəştlər, o cümlədən sosial xidmətlər, əlillik hallarında əlavə müavinətlər və dövlət təqaüdləri təqdim edilir. Həmçinin, pensiya yaşına çatmış şəxslərə qarşı ayrı-seçkilik və sosial təcrid halları yolverilməz hesab olunur və qanunla qadağandır. Dövlət isə bu şəxslərin rifahını qorumaq üçün həm ümumi, həm də xüsusi qanunvericilik vasitəsilə mütəmadi olaraq tədbirlər görür. Bu, dövlətin üzərinə düşən pozitiv öhdəliklərdən biridir”.

Ə.Nuriyev həmçinin vurğulayıb ki, sosial təminat hüquqlarının praktikada necə reallaşmasına gəldikdə, bu sahədə həm müsbət, həm də problemli məqamlar mövcuddur:

“Müsbət tərəf ondan ibarətdir ki, pensiya ödənişləri stabil və hər ay vaxtında həyata keçirilir. Minimum pensiya məbləği dəfələrlə artırılaraq hazırda 426 manat səviyyəsinə çatdırılıb. Pensiyaçılar icbari tibbi sığorta çərçivəsində bəzi müalicə xidmətlərindən və dərmanlardan ödənişsiz istifadə edə bilirlər. Bələdiyyə yardımlarında və digər sahələrdə müxtəlif güzəştlər tətbiq oluna bilər. Elektron sistem vasitəsilə vətəndaşlara pensiya hüququ ilə bağlı avtomatik məlumatlar təqdim edilir, həmçinin yaranan problemlərlə bağlı isə elektron bildirişlər göndərilir”.

Bununla yanaşı, bir sıra problemlər də mövcuddur:

“Artan qiymətlər fonunda minimum pensiyanın alıcılıq qabiliyyəti zəifləyir. Bölgələrdə sosial və tibbi xidmətlərin əlçatanlığı bəzən məhdud olur. Evdə qulluq və psixoloji dəstək xidmətləri yetərincə inkişaf etməyib. Həmçinin, fərdi pensiya kapitalı yığım mexanizmi vətəndaşlar üçün kifayət qədər aydın deyil və pensiya məbləği bir çox hallarda gözləntiləri qarşılamır. Bu səbəbdən marifləndirmə tədbirlərinin artırılmasına və əlavə islahatlara ehtiyac duyulur. Dövlət isə bu sahədə qanunvericiliyi davamlı olaraq təkmilləşdirməyə çalışır ki, bu da müsbət dəyərləndirilir”.

Ə.Nuriyev onu da diqqətə çatdırıb ki, pensiya yaşına çatmış, lakin işləmək istəyən şəxslərin hüquqları da qanunvericiliklə dəqiq şəkildə tənzimlənir:

“Belə şəxslər pensiya almaqla yanaşı, əmək fəaliyyəti ilə məşğul ola bilərlər və yeni əmək müqaviləsi bağlamaq hüququna malikdirlər. Onların əmək müqaviləsi yalnız qanunda göstərilən əsaslarla, məsələn, ixtisar və ya şəxsi ərizə əsasında ləğv edilə bilər. Yaş səbəbilə əmək münasibətlərinə xitam verilməsi isə ayrı-seçkilik hesab olunur”.

O dövlət orqanlarında müəyyən yaş məhdudiyyətlərinin mövcud olduğunu da söyləyib:

“Dövlət qulluğunda pensiya yaşı 65-dir. Lakin bəzi hallarda bu yaş 70-ə qədər uzadıla bilər. Məhkəmə hakimləri üçün isə pensiya yaşı 75-dir. Özəl sektorda isə belə bir yaş məhdudiyyəti tətbiq edilmir. Şəxslər eyni vaxtda həm əməkhaqqı, həm də pensiya ala bilərlər. Yalnız xüsusi təqaüd alan şəxslər üçün əlavə qaydalar tətbiq oluna bilər”.

Həmsöhbətimiz əlavə edib ki, hazırda kişilər üçün pensiya yaşı sabit olaraq 65-dir:

“Qadınlar üçün isə bu yaş mərhələli şəkildə artırılaraq 2025-ci ilin iyulundan 64 yaş 6 ay, 2026-cı ildən isə hər iki cins üçün 65 yaş olacaq. Bununla yanaşı, müəyyən kateqoriyalar üzrə erkən pensiya hüququ da nəzərdə tutulub. Məsələn, çoxuşaqlı analar və ya riskli sahələrdə çalışan şəxslər erkən pensiyaya çıxa bilirlər. Bu kateqoriyadan olan şəxslərin pensiyası dövlət büdcəsi hesabına maliyyələşdirilir  və 2025-ci ildən etibarən bütün güzəştli ödənişlər dövlət büdcəsi hesabına qarşılanacaq”.

Nəticə etibarilə, Azərbaycanda pensiya yaşına çatmış şəxslərin hüquqları geniş şəkildə müvafiq qanunvericilik əsasında qorunur və dövlət onların sosial rifahını təmin etmək məqsədilə mütəmadi islahatlar həyata keçirir.

Aytac Bəhruzqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyul 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri