Qanunvericiliyin tələblərinə zidd olan 74 bələdiyyə aktı ləğv edilib
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Keçən il qanunvericiliyin tələblərinə zidd olan 74 bələdiyyə aktı ləğv edilib. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan 2024-cü il üzrə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"də öz əksini tapıb.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4 min 337 müraciətdən 3 min 963-nə (91,4%) baxılıb, 129-u (3%) aidiyyəti üzrə göndərilib, 245 (5,6%) müraciət isə baxılmaqdadır.
Məruzədə vurğulanıb ki, ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 2 min 668 aktdan 1416-sı (53,1%) ləğv edilib, 1133-ü (42,5%) dəyişdirilib, 9 (0.3%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 110 (4,1%) təklif isə baxılmaqdadır.
Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 10 Fevral 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















