Icma.az
close
up
RU
Qapalı məkanda panikaya düşməmək üçün nə etməli? 4 4 7 qaydası

Qapalı məkanda panikaya düşməmək üçün nə etməli? 4 4 7 qaydası

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Dünən metroda sərnişinlərin uzun müddət qapalı məkanda qalması narahatlıq və gərginlik yaratdı. Xüsusilə sıxlıq və havasızlıq bir çox insanın səhhətinə mənfi təsir göstərdi. Hadisə zamanı bəzi sərnişinlərin panika yaşadığı və tibbi yardıma ehtiyac duyduğu bildirilir. Bu cür hallar stressi necə idarə etməli olmağımızla bağlı suallar yaradır.
Məsələ ilə bağlı psixoloq Gülnar Orucova Demokrat.az-a bildirib ki, sıxlıq özü narahatlıq yaradır:
"Digər problem isə qatarların bəzən uzun müddət, hətta bir saatadək dayanmasıdır. Bu zaman müxtəlif xarakterli və fərqli xəstəlikləri olan insanlar eyni mühitdə qalır. Panik atak keçirənlər, ürək xəstəliyi olanlar, bronxial astmadan əziyyət çəkənlər üçün vəziyyət daha riskli olur.
Psixoloji problemləri və aqressiyası olan insanların sayı da artır. Qaranlıqda qalmaq, havasızlıq, qapalı məkandan qorxu kimi hallar bəzi insanlarda kəskin reaksiyalar yaradır. Bu vəziyyətdə insanlar ciddi narahatlıq keçirir, hətta ölə bilərlər. Nə baş verəcəyinin və nə vaxt bitəcəyinin bilinməməsi qorxunu daha da artırır. Belə hallarda bəzi sərnişinlər panik atak yaşayır, digərləri isə güclü qorxu və stress keçirir. Bu cür hadisələr insanlara ağır təsir edir və nəticədə bəziləri metrodan istifadə etməkdən çəkinə bilər. Hətta bəziləri bu psixoloji təsiri aradan qaldırmaq üçün mütəxəssisə də müraciət etmir və narahatlıq uzun müddət davam edir".
Psixoloq deyib ki, hətta kiçik obyektlərdə belə generator olduğu halda, bu sistemin belə vəziyyətə düşməsi sual doğurur:
"Minlərlə insanın bu qədər acınacaqlı şəraitdə qalması ciddi narahatlıq yaradır. Bu, insanlarda qorxu və gərginliyi daha da artırır. Belə hallarda davranışa da diqqət yetirmək lazımdır. Sərnişin anlamalıdır ki, bu, kütləvi nəqliyyatdır və prosesə nəzarət edən qurumlar var. Eyni zamanda, ətrafdakı insanların dediklərini həddindən artıq ciddiyə almaq düzgün deyil. Çünki bu, həyəcanı daha da artırır və mövcud stressi gücləndirir. Son dövrlərdə insanların stresə davamlılığı xeyli zəifləyib. Halbuki gündəlik həyatın hər sahəsində stress qaçılmazdır və onu idarə etməyi öyrənmək lazımdır. Qapalı mühitdə, xüsusən metroda internetin işləməməsi də əlavə gərginlik yaradır.
Bəzi insanlar belə anlarda yaxınları ilə əlaqə qura bilmədiyi üçün daha çox qorxu yaşayır və hətta ölüm barədə düşünür. Ölüm qorxusu olanlar üçün bu vəziyyət daha ağır keçir, çünki onlar hər an təhlükə hissi ilə üz-üzə qalır. Bu səbəbdən mənfi fikirlərdən uzaq durmaq vacibdir. Panika yaradan və yanlış məlumat verən insanlardan məsafə saxlamaq lazımdır. Nəfəs məşqləri kömək edə bilər. Məsələn, 4 saniyə nəfəs almaq, 4 saniyə saxlamaq və 7 saniyədə vermək sinir sistemini sakitləşdirir. İmkan varsa oturmaq, su içmək də vəziyyəti yüngülləşdirə bilər. Bu sadə addımlar insanın özünü daha stabil hiss etməsinə kömək edir",- deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri