“Qapı”da gözləyən təhlükə “Qarabağ” axtarışdadır
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Qarabağ” mövsümün sonunda iki qapıçısı – Mateuş Koxalski və Fabian Buntiçlə vidalaşa bilər.
Futbolpress.az-ın məlumatına görə, polşalı qolkiper Koxalskiyə Avropanın TOP-5 Liqa klublarından maraq var. 25 yaşlı qapıçı Azərbaycan təmsilçisindən ayrılmağa müsbət yanaşır.
Buntiç isə oyun praktikasının azlığından narazıdır. 2024-cü ilin yayında heyətə cəlb olunan, ancaq gözləntiləri doğrultmayan qolkiper daha çox ehtiyatda qalır. Bu səbəbdən o, yayda klubunu dəyişmək niyyətindədir. Buntiçə ölkəsi Xorvatiyadan maraq var.
Koxalski bu mövsüm 34, Buntiç isə 6 oyunda meydana çıxıb.
“Qarabağ” yayda heyətini ən azı iki legioner qolkiperlə gücləndirmək niyyətindədir. Komandanın kapitanlarından Şahruddin Məhəmmədəliyevin tez-tez zədələnməsi bunu zəruri edir.
Daha əvvəl “İmişli”nin qapıçısı Andrey Sinenkanın “atlılar”ın diqqətində olduğu bildirilmişdi. “Qarabağ”ın maraqlandığı digər qolkiper isə “Şamaxı”dan Rikardo Fernandesdir. Hər iki qapıçının klubla müqaviləsi yayda başa çatır.
Şahin Cəfərov
Baxış sayı:107
Bu xəbər 15 Aprel 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















