Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Qarabağ Zəfəri MDB məkanına da qapı açıb

Qarabağ Zəfəri MDB məkanına da qapı açıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Xankəndi platforması ölkəmizin postsovet dövlətləri ilə əməkdaşlığını gücləndirir

Hərbi qələbələrin geosiyasi müstəvidə davam etməsi onların beynəlxalq diplomatik platformalarda təsbit olunması və dövlət suverenliyinin tam şəkildə bərqərar edilməsi ilə ölçülür.

Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasının dünən Xankəndi şəhərində işə başlaması Azərbaycanın ərazi bütövlüyünün regional əməkdaşlıq institutları səviyyəsində tanınmasını nümayiş etdirən siyasi hadisədir. Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi Konqres Mərkəzində keçirilən toplantı postmünaqişə dövründə formalaşan yeni siyasi reallıqların möhkəmlənməsinə töhfə verir. Eyni zamanda, iclasın Xankəndidə təşkili şəhərin regional və beynəlxalq əməkdaşlıq platformalarından birinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunan tədbirin siyasi əhəmiyyətini dərindən anlamaq üçün Xankəndinin yaxın keçmişdə hansı mürəkkəb və təhlükəli proseslərin mərkəzində dayandığını xatırlamaq vacibdir. Təxminən, 30 il ərzində Ermənistanın hərbi təcavüzü və separatçı rejimin fəaliyyəti ilə əlaqədar Azərbaycanın suveren nəzarətindən kənarda qalan şəhər hazırda ölkənin konstitusion quruluşunun bərpa olunduğu ərazilərdən biridir. MDB-yə üzv dövlətlərin rəsmi nümayəndə heyətlərinin məhz Xankəndidə toplaşması şəhərin Azərbaycan dövlətinin suverenliyi çərçivəsində beynəlxalq və regional əməkdaşlıq proseslərinə cəlb olunmasının göstəricisidir.

İclasda Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin, eləcə də MDB İcraiyyə Komitəsi və Avrasiya İqtisadi Komissiyasının nümayəndələrinin iştirakı tədbirin regional əhəmiyyətini artırır. MDB-yə üzv 7 dövlətin nümayəndələrinin Xankəndidə rəsmi müzakirələr aparması şəhərin dövlətlərarası əməkdaşlıq platforması kimi rolunu ön plana çıxarır. Eyni zamanda, beynəlxalq və regional qurumların təmsilçilərinin bu toplantıda iştirakı Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq münasibətlər sistemində əhəmiyyətini bir daha gündəmə gətirir.

Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən xarici siyasət strategiyası işğaldan azad edilmiş ərazilərin mərhələli şəkildə beynəlxalq diplomatiya mərkəzlərinə çevrilməsini hədəfləyir. Əvvəlcə Şuşa şəhərində imzalanan tarixi Şuşa Bəyannaməsi, ardınca Türk Dövlətləri Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının toplantıları, Laçında həyata keçirilən tədbirlər və nəhayət, Xankəndidə MDB çərçivəsində təşkil olunan dövlətlərarası iclas həmin ardıcıl geosiyasi xəttin tərkib hissələridir. Rəsmi Bakı azad olunmuş şəhərləri, sadəcə, yenidən qurmur, həmin əraziləri qlobal qərarların qəbul edildiyi, regional təhlükəsizlik və tərəfdaşlıq məsələlərinin müzakirə olunduğu strateji platformalara transformasiya edir.

MDB kimi regional təsisatın Xankəndidə rəsmi toplantı keçirməsi Azərbaycanın suverenliyinin və bölgədə formalaşmış yeni reallıqların beynəlxalq əməkdaşlıq müstəvisində əks olunması baxımından əhəmiyyət daşıyır. Xankəndidə MDB-yə üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilən görüşlər Qarabağ məsələsini yenidən beynəlxalq müzakirə predmetinə çevirməyə çalışan qüvvələrin mövqelərini də gündəmə gətirir. Regional dövlətlərin rəsmi təmsilçilərinin Azərbaycan bayrağı altında keçirilən tədbirdə iştirakı Bakının bölgədəki siyasi mövqeyini və dövlət suverenliyinin dönməzliyini nümayiş etdirir.

Xankəndidə 61-ci iclasdan əvvəl, oktyabrın 28-də MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclasının keçirilməsi şəhərin regional əməkdaşlıq proseslərinə cəlb olunmasını göstərir. Rəqabət mühitinin qorunması, qanunvericiliyin tətbiqi və dövlət nəzarəti sahəsində müzakirələr Qarabağın Azərbaycanın hüquqi və inzibati sisteminə inteqrasiyasının mühüm istiqamətlərindəndir.

Mərkəzi Asiya dövlətlərinin və digər tərəfdaşların Xankəndi toplantısında iştirakı Azərbaycanın regional əməkdaşlıq əlaqələrinin inkişafı baxımından da əhəmiyyətlidir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanla münasibətlərin möhkəmlənməsi Cənubi Qafqazda sabitliyin və qarşılıqlı etimadın gücləndirilməsinə töhfə verir. Bu baxımdan, Xankəndidə keçirilən iclaslar Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi ilə yanaşı, Avrasiya məkanında dövlətlərarası əməkdaşlığın genişləndirilməsi üçün də yeni imkanlar yaradır.

Ermənistanın siyasi elitası üçün Xankəndidə keçirilən MDB iclası regionda formalaşmış yeni siyasi reallıqları bir daha gündəmə gətirir. Azərbaycanın suverenliyinin möhkəmlənməsi və regional əməkdaşlıq platformalarının Xankəndidə fəaliyyət göstərməsi Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün dövlətlərin ərazi bütövlüyünə və suverenlik prinsipinə hörmətin vacibliyini göstərir. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması isə sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində konkret addımlardan asılıdır.

Xankəndidə müasir infrastrukturun qurulması, Konqres Mərkəzinin istifadəsi və dövlət idarəçiliyi sisteminin fəaliyyəti şəhərin regional əməkdaşlıq proseslərinə cəlb olunmasına imkan yaradır. Qarabağ Universitetinin fəaliyyəti və beynəlxalq tədbirlərin təşkili Xankəndinin təhsil, ictimai dialoq və dövlətlərarası əlaqələr baxımından inkişaf perspektivlərini genişləndirir.

MDB çərçivəsində əməkdaşlıq dövlətlərin suveren hüquqlarına qarşılıqlı hörmət, iqtisadi əlaqələrin inkişafı və hüquqi mexanizmlərin uzlaşdırılması prinsiplərinə əsaslanır. Azərbaycanın təşkilat daxilində milli maraqlarını qorumaqla bərabərhüquqlu tərəfdaşlıq xətti yürütməsi regional münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir. Xankəndidə keçirilən iclas da rəqabət siyasəti və hüquqi tənzimləmə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradır.

Beləliklə, Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasının keçirilməsi Azərbaycanın suverenliyinin və bölgədə formalaşmış yeni reallıqların regional əməkdaşlıq müstəvisində əks olunması baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasət nəticəsində Xankəndi beynəlxalq ictimaiyyətin gözü qarşısında suverenliyin, qanunun aliliyinin və tərəqqinin rəmzinə çevrildi. Keçmiş münaqişə zonasının beynəlxalq hüquqi inteqrasiya məkanına çevrilməsi faktı Avrasiyanın siyasi arxitekturasında sabitliyin və ədalətin qorunmasına xidmət edən möhkəm təməldir. Xankəndidən ucalan qətiyyətli səs regionun gələcəyinin yalnız sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulacağını bütün dünyaya bəyan edir.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri