Qaqauziyadan Türkiyə və Rusiyaya çağırış: Bizi xilas edin!
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qaqauziyanın paytaxtı Komratda keçirilən kütləvi mitinqin iştirakçıları Rusiya və Türkiyəni Moldova rəhbərliyinin muxtariyyət hüquq və qanunlarına əməl etməsinin təminatçısı kimi çıxış etməyə çağırıblar.
Axar.az xəbər verir ki, bunu İcraiyyə Komitəsi sədrinin müavini İlya Uzun minlərlə etirazçı qarşısında çıxışında deyib.
"Biz Moldova, Rusiya, Türkiyə və Qaqauziyadan ibarət dördtərəfli komissiya yaratmağı xahiş edirik. Son 30 ildə hansı səlahiyyətlərin əlimizdən alındığını tam təhlil etmək istəyirik, çünki onlar Qaqauziyanı adi bir bölgəyə çevirmək istəyirlər. Qanunlarımıza birtərəfli dəyişiklikləri qadağan edən qanunun qəbulunu tələb edirik.
Biz iş adamlarımızın və iqtisadi agentlərimizin müdafiəsinə qalxırıq! Qaqauz muxtariyyəti quran xalqımıza terror etməkdən əl çəkin! Biz tələb edirik ki, maliyyə resurslarının ədalətli bölgüsü təmin edilsin”, - Uzun bildirib.


