Icma.az
close
up
RU
Rusiyaya çağırış: Müharibəni dayandır

Rusiyaya çağırış: Müharibəni dayandır

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas Qərbin Ukraynaya təhlükəsizlik zəmanətləri vermək məsələsində yekdil olduğunu vurğulayıb. 

O, Rusiyaya müharibə meydanını tərk edib danışıqlar masasına oturması çağırışını edib. 

"Cebheinfo.az" xəbər verir ki, Kallas bu fikirləri Avropa Parlamentinin yay fasiləsindən sonrakı ilk plenar iclasında Ukraynaya həsr olunmuş sessiyada səsləndirib. Ukraynada müharibənin başa çatdırılması üçün son aylarda beynəlxalq səylərin sürətləndiyini qeyd edən Kallas bildirib: 

“Lakin Rusiya daha aqressiv şəkildə cavab verdi. Həftəsonu Rusiya bu müharibənin indiyəqədərki ən böyük hava hücumunu həyata keçirdi”. 

O əlavə edib: “Rusiya Prezidenti Vladimir Putin sülhlə maraqlanmır və məcbur edilmədikcə müharibəni dayandırmayacaq”. 

Aİ və üzv ölkələrin müharibənin başlanğıcından bu günə qədər Ukraynaya təxminən 169 milyard avro maliyyə dəstəyi verdiyini, bunun 63 milyard avrodan çoxunun hərbi yardım olduğunu bildirən Kallas deyib:

“Yalnız bu il üzv ölkələr daha çox dəstək verəcək - 25 milyard avro. İndiyə qədər 2 milyon mərmi hədəfimizin 80%-ni təmin etdilər. Oktyabr ayına qədər 100%-ə çatmağı planlaşdırırıq”. 

Kallas vurğulayıb: “Rusiyaya mesajımız sadədir: 

bu müharibə qalibiyyətlə bitə bilməz. Müharibə meydanını tərk edin və Ukrayna ilə danışıqlara başlayın”. O əlavə edib ki, sülh əldə olunduqdan sonra Rusiyanın yenidən silahlanmasına və hücum etməsinə imkan verilməməlidir. “Qərb Ukraynaya təhlükəsizlik zəmanətləri vermək məsələsində yekdildir. Könüllülər Koalisiyasının masasında artıq ciddi öhdəliklər var”, – deyə Kallas qeyd edib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri