Qar yağacaq, bəzi çaylardan sel keçəcək XƏBƏRDARLIQ Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 28-i axşamadək fasilələrlə davam edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Qar yağacaq, bəzi çaylardan sel keçəcək XƏBƏRDARLIQ
26 Noyabr 2024 19:04

