Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Qara adamlar və Amerikadakı zəncilərin acı taleyi “Qara Panter”a necə yarandı? KONKRET

Qara adamlar və Amerikadakı zəncilərin acı taleyi “Qara Panter”a necə yarandı? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İndiyədək ABŞ-də ən ciddi daxili siyasi problemlərdən biri  irqlərarası münaqişələrdir. 1960-cı illərdə əsl irqi ayrı-seçkiliyin şahidi olanlar hələ də sağdırlar.

Afrikalı amerikalılar ağ məktəblərə gedə, bəzi ştatlarda avtobusların  ön oturacaqlarında  belə otura bilməzdilər.  Belə bir ab-havada ölkənin  qaradərili əhalisinin hüquqları uğrunda radikal solçu “Qara Panter”lər partiyası yaradıldı. Dünyada müstəmləkəçilik əleyhinə hərəkat inkişaf etdikcə, afroamerikalıların öz hüquqları uğrunda hərəkatı da böyüdü. Hüquqlar haqqında məlumatlılığa ilikn səbəb İkinci Dünya Müharibəsi idi.  Müharibədə qaradərililər də ağ həmkarları qəfər mübarizə apardılar və həlak oldular. Sağ qalanlar isə niyə ağdərililərlə eyni hüquqa layiq olmadıqlarını anlamırdılar. Amma, bu təkan olmasaydı belə zəncilərin səbri gec-tez tükənəcəkdi.  1955-ci il dekabrın 1-də mühüm hadisə baş verdi.  Alabama ştatında zəncilər avtobuslarda onlar  üçün yerləri tutmalı idilər. Zəncilər avtobusda ağdərili insan oturmasaydı belə öz yerlərindən başqa oturacaqlarda əyləşə bilməzdilər.  Həmin gün, 1955-ci il dekabrın 1-də afroamerikalı dərzi Roza Parks Montqomeridəki yerini ağdərili kişiyə verməkdən imtina etdi. Onu dərhal həbs etdilər. Elə həmin il Montqomeridə eyni cinayətə görə daha beş qadın, iki uşaq və çoxsaylı kişi həbs olundu. Bir neçə zənci öldürüldü.

Buna cavab olaraq, Martin Lüter Kinqin təşəbbüsü ilə şəhərin qaradərili sakinləri ictimai nəqliyyata boykot elan etdilər. Bu zaman avtobus şirkətləri ciddi itkilərə məruz qalmışdı. O vaxt bütün avtobus sərnişinlərinin 70%-i qaradərili idi. Beləliklə, 1956-cı ilin yanvarında Martin Lüter Kinqin evinə bomba atıldı və bu, qaradərililər arasında yeni  hərəkata səbəb oldu. Bundan sonra hakimiyyət 1956-cı il “anti-boykot” qanununu işə salaraq daha yüz fəalı həbs etdi. Fəallara qarşı məhkəmə prosesləri xaricdə, o cümlədən Avropada da məlum idi.

Bununla belə, təhsil müəssisələrində, ictimai yerlərdə ayrı-seçkilik aradan qalxmadı. 1954-cü ildə bir sıra məhkəmə proseslərindən sonra ABŞ Ali Məhkəməsi müəyyən etdi ki, məktəblərdə irqi ayrı-seçkilik konstitusiyaya ziddir. Lakin cənubdakı ştatlar buna etiraz etdilər. Alabama  ştatı federal məhkəmənin tələbini yerinə yetirməkdən boyun qaçırtdı.

1961-ci ildə Corciya ştatının Albany şəhərində qaradərili vətəndaşlar Martin Lüter Kinqin təşəbbüsü ilə ictimai yerlərdə seqreqasiyanın ləğvi üçün kampaniya aparmağa cəhd etdilər. Polisin nümayişləri dağıtması nəticəsində şəhərin bütün qaradərili sakinlərinin ümumi sayının 5%-i həbs edildi.

Etirazın iki yolu

Martin Lüter Kinqin başçılıq etdiyi afroamerikalıların dinc etirazları fonunda ABŞ-də qaradərili gənclərin radikallaşması baş verdi.  Zəncilərin dinc yolla Amerika cəmiyyətinə  daxil edilməsi  ağdərili gəncləri qane etmirdi. Onlar qaradərili əhalinin ABŞ-nin ictimai-siyasi həyatına inteqrasiyasının mümkünlüyünə inanmırdılar.

Panterlərin doğulması

“Qara Panterlər” özünümüdafiə partiyası 1966-cı ilin oktyabrında Oklenddə yarandı. Və o, ABŞ-nin ən məşhur radikal təşkilatlarından birinə çevrildi. Təşkilatın başında  “qara separatizmi” müdafiə edən gənclər Bobbi Seale və Hyu Nevton dayanırdı.

Əfsanəvi afroamerikalı lider Malkolm İksin ideyaları Hyu və Bobbinin fikirlərinin formalaşmasına böyük təsir göstərdi.

 “Qara Panterlər” yarandığı ilk gündən təkcə millətçi deyil, həm də sosialist təşkilatı kimi formalaşıb.

Afrika milli azadlıq hərəkatının ən mühüm simalarından biri  Frants Fanon (1925 – 1961) da “Qara Panterlər”in ideyalarına öz töhfəsini verdi. O, ata tərəfdən Afro-Martinik, ana tərəfdən isə avropalı Alzas kökündən idi. İkinci Dünya Müharibəsi illərində Fransanın azad edilməsində iştirak etmişdi.  Daha sonra Əlcəzair xalqının milli azadlıq mübarizəsinə qoşulub və Əlcəzair Milli Azadlıq Cəbhəsinin üzvü idi. 1960-cı ildə o, hətta Əlcəzairin Qanadakı səfiri də təyin olunmuşdu. Lakin Fanon leykozdan əziyyət çəkdiyi üçün  ABŞ-a getdi və 1961-ci ildə burada vəfat etdi.  Fanon siyasi baxışlarında müstəmləkəçilik əleyhinə mübarizənin və Afrika qitəsinin, eləcə də Afrika-Amerika əhalisinin müstəmləkəçilərin və irqçilərin zülmündən tam azad edilməsinin ardıcıl tərəfdarı idi. Frants Fanonun əsas işi, bir çox “Qara Panter” fəalları üçün əsl fəaliyyət bələdçisinə çevrilən “Lənətlə markalanmış” kitabı idi. Beləliklə, Fanon müstəmləkəçiliyə və irqçiliyə qarşı mübarizədə zorakılığın prioritet olduğunu iddia edirdi, çünki onu məzlumları qul şüurundan azad etmək vasitəsi kimi görürdü.

1968-ci ilin avqustunda Detroit və Los-Ancelesdə “Qara Panterlər”lə polis arasında qarşıdurma baş verdi. Təkcə 1969-cu il ərzində 348 partiya fəalı həbs edilib. 1969-cu ilin iyulunda polis Çikaqodakı “Qara Panter” ofisinə hücum etdi. 1969-cu ilin dekabrında Los-Ancelesdə polislə “Qara Panterlər” arasında beş saatlıq döyüş başladı və burada hakimiyyət yenidən Afrika-Amerika partiyasının yerli ofisini bağlamağa çalışdı. 1970-ci ilin sonunda Qara Panteranın 469 fəalı həbs olundu. Bu müddət ərzində atışmalarda on fəal həlak oldu.

Qara Panterlərin mirası

“Qara Panterlər”in ideologiyası və fəaliyyəti təkcə öz hüquqları uğrunda afroamerikalıların mübarizəsinin gələcəyinə deyil, həm də bütövlükdə mədəniyyətə əhəmiyyətli təsir göstərdi. Panterlərin özləri 1960-70-ci illərin Amerika əks-mədəniyyətinin simvollarıdır. Hyu Nyutonun “İnqilabçı İntihar” kitabı təkcə afroamerikalılar və afrikalılar arasında deyil, dünyanın bir çox ölkələrində radikal gənclərin  populyar kitabıdır.  “Qara Pantera” partiyasının özü haqqında bir neçə film çəkilib, elmi, publisistik və bədii kitablar yazılıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Noyabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see284

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see277

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see268

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see259

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see259

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see258

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see255

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see250

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see245

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see243

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see230

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see228

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see226

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see221

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see219

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see219

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see216

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see209

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see205

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri