Icma.az
close
up
RU
“Qarabağ”a qara bağlamayın!

“Qarabağ”a qara bağlamayın!

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yenilik üzə çıxandan sonra onu yaradana ehtiyac qalmır... (Əbu Turxan)
Son illərin ən uğurlu Azərbaycan komandası hansıdı? “Qarabağ”! Son illər ən çox tənqid olunan Azərbaycan komandası hansıdı? “Qarabağ”! Əslində təəccüb yaradacaq mənzərəylə qarşı-qarşıya deyilik. Ona görə ki, uğur gözləntilərinin qarşılanmaması tənqidi artırır. Sadəcə, budəfəki mənzərəni dərk və doğru təhlil etmək üçün bir qədər baş sındırmaq lazımdı.

Bilindiyi kimi, ağdamlılar tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı. Ümumiyyətlə, bu uğura “köhlən atlar”dan başqa imza atan komandamız yoxdu. Bu səbəbdən “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda “Ferentsvaroş”u mübarizədən kənarlaşdıranda saatlarla bayram əhval-ruhiyyəsi hökm sürdü. İş ondadı ki, belə ab-havanın ömrü uzun olmadı. Əvəvl Monakoda keçirilən püşkatma mərasimi zamanı bəxtimizə çıxan rəqiblərə ağız büzüldü, sonra ağdamlıların legioner hücumçu transfer etməməsinə. O başqa məsələ ki, ikinci məqam daha böyük əks-səda doğurdu. Ötən mövsüm Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməyən, Avropa Liqasının əsas mərhələsini sonuncu pillədə başa vuran “Qarabağ” o vaxt eşitmədiyi tənqidi indi eşitdi, görmədiyi etiraz dalğasını indi gördü. Hətta komandanın ev oyunlarını boykot etmək qərarına gələn xeyli azarkeş də ortaya çıxdı və belə xoşagəlməz ideya sosial şəbəkələrdə təbliğ etməyə başladı...
Bəli, “Qarabağ”ın UEFA-ya göndərdiyi iştirak ərizəsində daha çox futbolçu, xüsusən legioner hücumçu olsa, ümidlər daha iri, daha diri olacaqdı. Təəssüf ki, belə deyil. Ancaq buna görə yeri-göyü inlətmək, necə deyərlər, qırxillik balığa üzməyi öyrətmək insafsızlıqdan başqa bir şey deyil. Bəli, “köhlən atlar” ölkəmizi yetərincə ciddi yanaşılmalı turnirdə təmsil edəcək. Bura, sadəcə, iştirak xatirinə qatılmaq ürəkaçan addım olmaz. Ancaq bu gün başqa çarə yoxdu. Hər halda, “Qarabağ” vuruşacaq, döyüşəcək, rəqibin kimliyindən asılı olmayaraq, bütün oyunlara azı 1 xal qazanmaq üçün çıxacaq. Ən azı məqsəd bu olacaq, nəticə isə 90 dəqiqənin sonunda bilinəcək. Bəlkə qalib gələ biləcəyi matçda uduzacaq, bəlkə də sensasiyalı xal və ya xallar əldə edəcək. Amma bu gün heç nə səsləndirilən əsassız tənqidlərə haqq qazandırmır. Hər halda, “Qarabağ” qorxaq deyil. Loru dildə desək, qurddan qorxan meşəyə girməz! Öz aramızdı, söhbət “Liverpul”, “Napoli”, “Çelsi” kimi rəqiblərdən gedirsə, əsas mərhələdə məqsəd ən yaxşı halda son bir-iki pillədə qərarlaşmaqdan yaxa qurtarmaq ola bilər. Daha yuxarı sıralar üçün isə nəinki bir, iki legioner hücumçu belə bəs etməyəcəkdi. Nədən narahatıq? Necə deyərlər, quzu otaranımız da var, yun darayanımız da.
Hər halda, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan heyətə yuxarıdan aşağı baxmaq, hansısa məqamlara görə qınamaq nəinki məqsədəuyğun deyil, böyük ölçüdə insafsızlıqdı. Hələ bir məqamı da nəzərə alaq ki, Musa və Nəriman qol və məhsuldar ötürmələrlə belə tarixi uğurda böyük pay sahibi olmalarına rəğmən, məsxərə obyektinə çevrilir...
Bəli, “Qarabağ” ciddi tənqidlərlə üz-üzədi. Bəli, “Qarabağ” legioner hücumçuyla güclənə bilmədi. İş o həddə çatıb ki, Duran və Addai ampluaca vinger olsa da, iştirak ərizəsində hücumçu kimi qeyd olunur. Hər halda, Qurban Qurbanov onları taleyüklü oyunlarda məhz bu mövqedə sınaqdan keçirə bilər. Bu səbəbdən “köhlən atlar”ı qınayanlara haqq qazandırmaq olar. Ən azı ona görə ki, quzusuna qıymayan kabab yeyə bilməz. Başqa sözlə, əsas mərhələdə müəyyən ölçüdə irəliləyə bilmək üçün bacarıqlı hücumçuya, bunun üçün də nəhəng məbləğ xərcləməyə ehtiyac var idi. Ancaq işin başqa tərəfi də var. Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar. Odu ki, bu dəfə də Qurban Qurbanovun və komandasının təcrübəsinə, əzmkarlığına və döyüşkənliyinə ehtiyac olacaq. Bu gün bununla barışmağa məcburuq. Artıq iştirak ərizəsində dəyişiklik etmək mümkün deyil. İndi vəziyyəti qəbul etmək, “Qarabağ”dan dəstəyi əsirgəməmək vacibdi. Çempionlar Liqasında çıxış edən komandamızın varlığıyla qürur duymaq, nəticələrdən asılı olmayaraq, matçlardan zövq almaq lazımdı.
İşə bax! Çempionlar Liqasında rəqib bəyənmirik... Bura vəsiqə qazanan komandanı boykot etmək istəyirik... Ən təcrübəli və bacarıqlı məşqçimizi qınayır, “Qarabağ”ı zirvələrə daşıyan prezidenti bəyənmirik...
Susun! Yox, əhval-ruhiyyəni korlamaqda israrlısızsa, hansısa çatışmazlıqları böyütmədən yerinizdə dura bilmirsizsə, Konfrans Liqasının nəinki əsas, pley-off mərhələsinə belə vəsiqə qazana bilməyən klublarımızın qapısını döyün!
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri