Icma.az
close
up
RU
Qara bayramın dərin mənası

Qara bayramın dərin mənası

Icma.az bildirir, News24 portalına istinadən.

Babalarımın yatdığı torpaqlarda dörd çərşənbənin üçüncüsündə qara bayram qeyd edilir. Bəzi bölgələrdə axır çərşənbədən əvvəlki cümə axşamıdır qara bayram. Qazaxda isə axır çərşənbədən əvvəlki çərşənbədə, yəni sayca 3-cü çərşənbədə orta və yaşlı nəsil qəbristanlığa gedir, Baharı görməyib, bu Novruzda bizimlə olmayacaq yaxınlarını ziyarət edirlər.

Uşaq vaxtı nənəmlə Qazaxdakı qəbristanlığa getmişdik qara bayramda. O vaxt mənə, Bakıdan gəlmiş şəhər uşağına hər şey qəribə gəlmişdi. Sinə daşlarının üstünə düzülən xonça və səmənilər hələ də hafizəmdədir – nə bayram kimi bir abu-hava vardı, nə də yas kimi yas. Qadınlar hüzünlü və kədərli görünsələr də dil deyib ölülərini ağlamırdılar.

Çocuq ağlı ilə ölmüş bir insanın məzarına nə üçün fəsəli və paxlava aparıldığını anlamır, böyüklərdən bunu izah etmələrini istəyirdim. Nə cavab verdiklərini xatırlamıram, yəqin ki, heç məntiqli bir şey də söyləməmişdillər. Ağlabatan bir şey söyləmiş olsalardı yaddaşımın küncünə qazınardı yəqin.

İndi, illər sonra qara bayramın necə də dərin anlama malik bir ritual olduğunu anlayır, bu el adətinə böyük məna və önəm yükləyə bilirəm. Təəssüf ki, bu gün bir çox dini cərəyanlar Novruz bayramı ilə bərabər qara bayramı da inkar edir, fikirlərini onların islamla əlaqəsi olmaması ilə apellyasiya edirlər. Necə də gülməli və qərəzlidirlər. Novruz islamın yarandığı 7-ci əsrdən çox-çox yüzilliklər əvvəl yaranıb bu torpaqlarda…

Bu Novruzda bizi yalnız, biçarə, yetim buraxıb, boynumuzu bükən bütün yaxınlarımıza Allahdan rəhmət diləyirəm.

Baharın təravətini hiss etməsəniz, qoxusunu almasınız da yenə də bizimləsiniz, Yaradılışın bu sirli gerçəyinə – ölümə rəğmən bizimləsiniz, ürəyimizdəsiniz…

3500 illik “Qılqamış” dastanından:

Kimsə görməz ölümü öncədən,

Kimsə görməz ölümün üzünü,

Kimsə eşitməz ölümün səsini,

Amma yenə də zalım ölüm biçər insan soyunu.  /medianews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Mart 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri