Icma.az
close
up
RU
Qürbətdəki bayramın mübarək, Ana!

Qürbətdəki bayramın mübarək, Ana!

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Əslən Qarayazının Nəzərli elindən olan İlqar Yusubov uzun illərdir ki, həkim-cərrah kimi insanların sağlamlığının keşiyindədir. O, tibb sahəsində səmərəli fəaliyyəti ilə yanaşı, çoxsaylı beynəlxalq elmi konfransların iştirakçısı olmuş, tibb üzrə fəlsəfə doktoru adına layiq görülmüş, bir sıra dərslik və elmi məqalələrin müəllifi kimi tanınmışdır.

İlqar Yusubov yalnız peşəkar həkim deyil, həm də vətəninə bağlı, humanist bir ziyalıdır. Doğma Qarayazının saf təbiəti, xalq ruhuna bağlılığı və həkimlik sənətindən gələn mərhəmət hissi onun poetik yaradıcılığında da öz əksini tapır. İlqar Yusubovun şeirlərində vətən sevgisi, insanlıq duyğusu, həyat eşqi və mənəvi dəyərlər xüsusi səmimiyyətlə ifadə olunur. Onun yaradıcılığı həm xalq ədəbiyyatının ruhundan, həm də müəllifin zəngin daxili dünyasından qidalanır.

Bu gün sizə İlqar Yusubovun vətən həsrətini, ana sevgisini və qürbət ağrısını dərin duyğularla əks etdirən dəyərli bir poeziya nümunəsini təqdim edirik. “Qürbətdəki Bayramın Mübarək Ana!” şeiri insanın doğma yurddan uzaqda keçirdiyi bayram hisslərini təsirli poetik dillə ifadə edir.

Şeirdə ana müqəddəsliyi, vətən sevgisi və qəriblik nisgili bir-biri ilə salamlaşır, görüşür, qucaqlaşır. Müəllif qürbətdə olsa belə, ürəyinin hər zaman ana ocağı ilə döyündüyünü vurğulayır. Bayram sevincinin içində gizlənən ayrılıq ağrısı oxucuya duyğusal təsir bağışlayır. Şairin səmimi ifadələri hər bir insanın qəlbində doğmalıq hissi oyadır.

Bu əsər təkcə bir şeir deyil, həm də anaya ünvanlanan sevgi məktubu, vətənə bağlılığın poetik etirafıdır. Xüsusilə qürbətdə yaşayan soydaşlarımız üçün bu şeir mənəvi körpü rolunu oynayır və insanı doğma yurda, ailəyə, ana nəfəsinə bağlayır.

İndi isə "Sherg.az" sizə İlqar Yusubovun “Qürbətdəki bayramın mübarək ANA!” şeirini təqdim edirik.

Qürbətdəki bayramın mübarək, Ana !

Daha öyrənirəm dua etməyi

Surələr, ayələr bilirəm, Ana.

Büküb əllərimi sıxıb qoynuma

Qibləni səcdəyə gəlirəm, Ana.

Bu qış üşüdünmü- yerin buz kimi

Adında tamın var şəkər, duz kimi,

Yığıb yan- yörəni evimiz kimi

Səhmana salıram, silirəm, Ana

Dəyişib içimdə təpərlərimi

Türbəndən salıram səfərlərimi.

Hər yaz darayıram çəpərlərini

Yanında - yörəndə gəzirəm Ana.

Gəzirəm yolunu, çıxışlarını

Dualı sözünü, alxışlarını

Kövrək gözlərində gözyaşlarını

Gözümdən içimə süzürəm Ana.

Boxçanı tökürlər evdə bacılar

Köhnə paltarından gül iyləyirəm.

Demişdin toxdaq dur qapı -bacada

Yalandan hamıya gülümsəyirəm.

Gələrdim yanına harayla, hayla

Bilməzdim kədəri, qubarı Ana

Daha yüklənirəm dərt dolu payla

Yollar yola salır İlqarı Ana .

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 May 2026 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri