Icma.az
close
up
RU
“Qara brilyant” klubunun yetirmələri yenə də qaliblər sırasında

“Qara brilyant” klubunun yetirmələri yenə də qaliblər sırasında

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş 10-cu “Arpaçay Open” karate turnirinə yekun vurulub.

17–19 yanvar 2025-ci il tarixlərində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş 10-cu “Arpaçay Open” turniri Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə baş tutub.

Ölkəmizdə vətənpərvərliyin təbliğində və karate idman növünün inkişafında əhəmiyyətli rol oynayan “Arpaçay Open” karate turnirinin sayca 10-cu yubiley yarışının təntənəli açılış mərasimi 18 yanvar 2025-ci il tarixində Bakı İdman Sarayında keçirilib. Açılış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Müdafiə Nazirliyinin Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov, Milli Məclisin üzvləri Sadiq Qurbanov, Vüqar İskəndərov və Vüqar Rəhimzadə xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsindən, 44 günlük Vətən müharibəsindən və dövlətimizin idmana göstərdiyi qayğıdan danışıblar. Daha sonra tədbirdə qonaqlara hədiyyə və fəxri diplomların təqdim olunması mərasimi keçirilib.

Mərasimin bədii hissəsində, “Öncə Vətən” İctimai Birliyinin rəhbəri Fərahim Sadiqin və Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda xüsusi kompozisiya təqdim edilib.

Sonda çıxış edən "Arpaçay Karate Klubu"nun rəhbəri Yavər Hüseynov göstərdikləri hərtərəfli dəstəyə görə Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin üzvü Ülvi Quliyevə, Bakı İdman Sarayının direktoru Əli Əsgərova, idman klubları və ictimai birliklərin rəhbərlərinə, hakimlərə, məşqçilərə, idmançılara və bütün tədbir iştirakçılarına təşəkkür və minnətdarlığını çatdırıb.

Qeyd edək ki, 2 gün davam edən 10-cu “ARPACHAY OPEN” turnirində paytaxt Bakı, Sumqayıt və regionlar daxil olmaqla, 10-a yaxın xarici ölkədən (Türkiyə, İran, Çexiya, Gürcüstan, Qazaxıstan, Küveyt, Özbəkistan, Rusiya) ümumilikdə 800-ə yaxın idmançı kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar.

65 idman klubunun iştirak etdiyi turnirdə ümumi nəticələrə görə “Qara qaplan” klubu birinci, “Qara brilyant” klubu ikinci, Qazaxıstanın Cambul vilayətiinin idman klubu isə üçüncü olub.

Xatırladaq ki, Sumqayıt şəhər 24 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Nuray İbadova da yarışda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün I pilləsinə yüksəlmişdir. Nuray İbadova "Qara brilliant" karate klubunun yetirməsidir. Klubun rəhbəri Rəfael Ağayev, baş məşqçisi isə Pərviz Quliyevdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Yanvar 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri