Qara dəlikdən enerji almaq mümkün ola bilər Sensasion təcrübə
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Fiziklər fırlanan qara dəliklərdən enerji əldə etməyin nəzəri cəhətdən mümkün olduğunu göstərən məşhur Penrouz mexanizmini ilk dəfə laboratoriya şəraitində təqlid etməyə nail olublar.
Lent.az xəbər verir ki, tədqiqat zamanı alimlər həqiqi qara dəlik əvəzinə ultra sürətli fırlanmanı imitasiya edən xüsusi qurğudan istifadə ediblər.
Eksperiment göstərib ki, müəyyən şəraitdə fırlanan sistemdən əlavə enerji çıxarmaq mümkündür. Alimlərin fikrincə, bu nəticə qara dəliklərin davranışını daha yaxşı anlamağa kömək etməklə yanaşı, gələcəkdə dalğa fizikası, kvant texnologiyaları və enerji sistemləri sahəsində yeni tətbiqlərə yol aça bilər.
Tədqiqat hələ fundamental elm xarakteri daşıyır və yaxın illərdə praktik enerji mənbəyinə çevrilməsi gözlənilmir. Bununla belə, mütəxəssislər bunu astrofizika sahəsində son illərin ən maraqlı laboratoriya nailiyyətlərindən biri hesab edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 İyul 2026 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















