Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Həmin qadağanı bir il daha uzatdılar

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Qara dəliklərin içində yeni dünyalar varmı? JWST nin yeni kəşfləri həyəcan yaradır

Qara dəliklərin içində yeni dünyalar varmı? JWST nin yeni kəşfləri həyəcan yaradır

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Ceyms Uebb Kosmik Teleskopu (JWST) kainatın ilkin dövrləri ilə bağlı anlayışımızı tamamilə dəyişdirib. Lakin teleskopun son müşahidələri astronomları təəccübləndirəcək və kainatın mənşəyi haqqında dərin məlumatlar təqdim edə biləcək xüsusiyyətdədir. Bu kəşflər ətrafımızdakı hər şeyin bir qara dəliyin içində olduğu ehtimalını gündəmə gətirir.

Qaynarinfo xəbər verir ki, 2022-ci ilin yayında fəaliyyətə başlayan 10 milyard dollarlıq JWST teleskopu uzaq kainatdakı ən qədim qalaktikaları araşdıraraq onların dövr etmə istiqamətində maraqlı bir qayda aşkar edib. Müşahidələr göstərir ki, qalaktikaların təxminən 2/3-si saat əqrəbi istiqamətində, qalan 1/3-i isə əks istiqamətdə fırlanır.

Elm adamları təsadüfi bir kainatda qalaktikaların 50%-nin bir istiqamətdə, digər 50%-nin isə əks istiqamətdə fırlanacağını gözləyirdi. Lakin JWST-nin tapıntıları qalaktikaların fırlanma istiqaməti üçün müəyyən bir üstünlük olduğunu ortaya qoyur.

Bu maraqlı simmetriyanı üzə çıxaran 263 qalaktikanın müşahidələri, JWKT-nin İrəli Dərin Ekstragalaktik Araşdırma (JADES) layihəsi çərçivəsində toplanıb.

Bütün kainat qara dəliyin içində ola bilərmi?

Tədqiqat qrupunun rəhbəri, Kansas Dövlət Universitetinin dosenti Lior Şamir belə izah edir:

"Bunun səbəbi hələlik aydın deyil, lakin iki əsas izah mümkündür. Birinci ehtimal, kainatın dövr edərək yaranmasıdır. Bu nəzəriyyə, kainatın bir qara dəliyin içində olduğu fikrini müdafiə edən 'qara dəlik kosmologiyası' ilə üst-üstə düşür".

Şamir əlavə edir ki, əgər kainat həqiqətən də dövr edərək yaranıbsa, bu, mövcud kosmoloji nəzəriyyələrimizin natamam olduğunu göstərə bilər.

Qara dəliklər yeni kainatların qapısıdırmı?

"Schwarzschild kosmologiyası" adlanan bir nəzəriyyə, müşahidə edilə bilən kainatımızın daha böyük bir ana kainat içindəki bir qara dəliyin daxili ola biləcəyini iddia edir.

Bu fikir ilk dəfə fizik Raj Kumar Pathria və riyaziyyatçı I. J. Qud tərəfindən irəli sürülüb. Nəzəriyyəyə görə, "Schwarzschild radiusu" (yəni işığın belə qaça bilmədiyi qara dəliyin sərhədi) əslində müşahidə edilə bilən kainatın sərhədidir.

Bu yanaşmaya əsasən, kainatımızda olan hər bir qara dəlik, yeni bir "uşaq kainata" açılan bir qapı ola bilər. Bu kainatlar bizə müşahidə edilə bilməz, çünki onlar hadisə üfüqü arxasında gizlidir və bu sərhədi keçən məlumat bizim kainatımıza çata bilmir.

Bu fikir Nyu Haven Universitetindən polşalı nəzəri fizik Nikodem Poplavski tərəfindən dəstəklənir.

Qara dəliklərin içindəki partlayışlar yeni kainatlar yarada bilər

Qara dəliklər böyük bir ulduzun nüvəsinin çökməsi nəticəsində əmələ gəlir. Bu nüvənin içində isə bütün məlum kainatdakı hər şeydən daha sıx maddə mövcuddur.

Poplavskiyə görə, maddənin burulması, bükülməsi və fırlanması nəticəsində maddə sonsuz dərəcədə sıxlaşıb bir təkilliyə çevrilmir, əksinə sıxılmış yay kimi geri itələnərək sürətlə genişlənməyə başlayır.

O, Space.com saytına verdiyi açıqlamada bildirib:

"Bu sıxlaşmadan sonra baş verən ani genişlənmə, bu gün Böyük Partlama kimi tanıdığımız kainatın genişlənməsinə səbəb ola bilər. Bu model, kainatımızın ən böyük miqyasda niyə düz, homogen və izotropik göründüyünü də izah edə bilər".

Poplavski bu nəzəriyyənin Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsinin genişləndirilmiş bir versiyasına əsaslandığını və hər qara dəliyin içində yeni bir "uşaq kainatın" meydana gələ biləcəyini deyir. Bu yeni kainat isə ana kainata "Eynşteyn-Rosen körpüsü", yəni "soxulcan dəliyi" ilə bağlı ola bilər.

Bu baxımdan, ana kainat bu yeni kainat üçün tək bir "ağ dəlik" rolunu oynayır. Ağ dəliklər, içəri girməyin mümkün olmadığı və qara dəliyin tam əksi kimi qəbul edilən kosmik sahələrdir.

Poplavski əlavə edir:

"Əgər bu nəzəriyyə doğrudursa, kainatımız da başqa bir kainatdakı qara dəliyin içində mövcuddur. Qara dəliyin hadisə üfüqünü keçən maddənin hərəkəti yalnız bir istiqamətdə ola bilər, bu da zamanın yalnız bir tərəfə axmasını izah edə bilər".

JWST-nin yeni tapıntıları bu nəzəriyyəni təsdiqləyirmi?

JWST-nin aşkar etdiyi qalaktik fırlanma asimmetriyası, qara dəliklərin yeni kainatlar yaratdığı fikrini dəstəkləyə bilər. Poplavski bildirir:

"Dönən kainat nəzəriyyəsinin ən sadə izahı, onun dönən bir qara dəliyin içində doğulmasıdır. Qara dəliyin fırlanma oxu, onun yaratdığı kainatda bir üstünlük istiqaməti yarada bilər. Bu, qalaktikaların dönmə dinamikasına təsir edərək JWST tərəfindən aşkar edilən fırlanma asimmetriyasını izah edə bilər".

Əgər bu tapıntılar təsdiqlənərsə, bu, qara dəliklər haqqında bildiklərimizi tamamilə dəyişdirəcək və kainatın mənşəyi barədə yeni qapılar açacaq.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Mart 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see264

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see245

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see200

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see174

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see154

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see137

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see134

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see133

Həmin qadağanı bir il daha uzatdılar

26 Dekabr 2025 02:14see129

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri