Icma.az
close
up
RU
Qara dəniz fərqli su hövzəsinə çevrilə bilər Ekoloqlar müharibənin təsirindən danışır

Qara dəniz fərqli su hövzəsinə çevrilə bilər Ekoloqlar müharibənin təsirindən danışır

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi Qara dəniz üçün ciddi ekoloji təhlükələr yaradıb. 

Qayanrinfo-nun məlumatına görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, davam edən hərbi fəaliyyətlər dənizin ekosistemində geri dönməz dəyişikliklərə səbəb ola bilər.

Kerç körpüsünün tikintisi ilə başlayan dəyişikliklər

Ekoloqlar bildirirlər ki, ilk ciddi dəyişikliklər Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra Kerç boğazı üzərində körpü tikəndə müşahidə olunub. Ukrayna hakimiyyətinin məlumatına görə, bu tikili dəniz axınlarını dəyişdirib və bir sıra dəniz canlılarının yaşayış mühitini məhv edib.

Ukrayna Prezidentinin Krım üzrə nümayəndəliyi qeyd edir ki, körpünün dayaqları ətrafında sualtı orqanizmlər - bentoslar yoxa çıxıb, körpünün yaratdığı səs-küy və işıq çirklənməsi isə dəniz məməlilərinin miqrasiyasına mane olur.

NASA-nın peyk müşahidələri də körpünün dənizdəki mövsümi proseslərə təsir etdiyini təsdiqləyir. Qış aylarında buz körpünün dayaqları arasında toplanaraq süni bənd effekti yaradır, bu isə balıqların kütləvi tələfatına və Taman sahillərində eroziyaya səbəb olur. Körpü istifadəyə veriləndən sonra delfinlərin ölüm hallarında da kəskin artım qeydə alınıb.

Ukraynadakı "KrımSOS” təşkilatı bildirir ki, turistlər sahillərdə tez-tez sahilə atılmış delfin və digər dəniz məməlilərinin cəsədləri ilə qarşılaşırlar.

Texnogen çirklənmə və neft sızmaları

Son illərdə Krım sahillərində Rusiya gəmilərindən neft məhsullarının sızması bir neçə dəfə baş verib. Ən ciddi hadisə 2024-cü ilin sonunda Kerç boğazında "Volqoneft” adlı Rusiya tankerinin qəzaya uğraması nəticəsində yaşanıb. Bu sızmanın ekoloji nəticələri hələ də tam öyrənilməyib.

Tammiqyaslı müharibənin təsiri

Ukraynalı mütəxəssislərin məlumatına görə, 2022-ci ildə başlayan genişmiqyaslı müharibə Qara dənizin ekoloji vəziyyətini daha da pisləşdirib. Rusiya Krımı hərbi baza kimi istifadə edir – burada raket sistemləri, sursat anbarları, təyyarələr və sualtı qayıqlar yerləşdirilib. Partlayışlar və hərbi fəaliyyətlər dəniz suyunu yanacaq, metal və kimyəvi maddələrlə çirkləndirir.

Ukrayna Prezidentinin Krım üzrə nümayəndəliyi Qara dənizi "ekoloji terrorizm poliqonu” adlandırır. Onların sözlərinə görə, dənizin qərb hissəsi minalanıb və sualtı minalar paslandıqca zərərli maddələr və ağır metallar suya qarışır. Bu, uzunmüddətli ekoloji təhlükə yaradır.

Rusiyalı alimlərin iddiaları və invaziv növlər

Rusiyanın nəzarətində olan Krım elmi institutları Qara dənizdə biomüxtəlifliyin artdığını iddia etsələr də, hətta onlar da yeni, yerli faunaya zərərli invaziv növlərin peyda olmasını etiraf edirlər.

Məsələn, dənizdə Koreya mənşəli qaya balığı (Sebastes schlegelii) aşkarlanıb. Ehtimal olunur ki, bu növ Krımda istiridyə fermalarına gətirilən gəmilərlə dənizə düşüb. Rusiyanın Elmlər Akademiyası xəbərdarlıq edir ki, bu növ yerli faunanı sıxışdıraraq ekoloji tarazlığı poza bilər.

2024-cü ildə Rusiya alimləri Qara dənizdə əsas qida zəncirinin bir hissəsi olan kiçik xərçəngkimilərin – "Calanus euxinus” populyasiyasının azalması barədə məlumat veriblər. Bioloq Viktor Melnikov xəbərdarlıq edib: "Bu növ Qara dəniz ekosisteminin trofik piramidasının əsasını təşkil edir. Onu itirsək, zəncirvari dəyişikliklər başlayacaq və dəniz tanıdığımız dəniz olmayacaq".

Dənizdə çirklənmənin artması

Ukrayna Dəniz Ekologiyası Elmi Mərkəzinin əməkdaşı Viktor Komorin bildirib ki, müharibə nəticəsində dənizə azot, fosfor və digər biogen maddələrin axını artıb. Çünki bombardmanlar nəticəsində sahil infrastrukturu dağılıb, çay suları çirklənib.

Dənizə həmçinin ağır metallar, neft məhsulları, partlayıcı maddələr, sursat və texniki qalıqlar düşür. Nəticədə suyun məhsuldarlığı azalır, fitoplankton həddindən artıq çoxalır və dənizin dibi yaxın təbəqələrində oksigen çatışmazlığı – hipoksiya yaranır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see341

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see330

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see174

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see173

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see153

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri