Icma.az
close
up
RU
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi böyük sülh qələbəsi münasibətilə ürəkdən təbrik edirəm.

Siz müstəqil Azərbaycanın tarixinə növbəti parlaq səhifə yazdınız. Bu sülh qələbəsinin kökündə Sizin dərin siyasətiniz, yüksək təhsiliniz və intellektiniz, incə diplomatiyanız, uzaqgörənliyiniz, Azərbaycana və onun mənəvi dəyərlərinə olan məhəbbətiniz dayanır.

Hələ 2003-cü ildə Siz Azərbaycanın Prezidenti seçilərkən demişdiniz ki, Azərbaycanın bir qarış torpağı belə müzakirə predmeti ola bilməz. İllər göstərdi ki, Siz verdiyiniz sözlərə hər zaman sadiq qalırsınız və ona görə də bu gün dünyada praqmatik, öz sözünə sadiq qalan Lider kimi qəbul olunursunuz.

Sizin rəhbərliyiniz altında müzəffər Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində qalib gəldi və ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Bu günlərdə Siz ABŞ-da sülh bəyannaməsini imzalayaraq 30 ildən çox davam edən münaqişəyə son qoydunuz. Bu gün hər bir Azərbaycan vətəndaşı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda həyatlarını itirən oğul və qızlarımız qarşısında baş əyir.

ABŞ-ın Prezidenti Donald Trampın sülh bəyannaməsinin imzalanması mərasimində Sizin haqqınızda dediyi xoş sözlər hər bir azərbaycanlı üçün böyük şərəfdir. Bu, Sizin uzun illər apardığınız siyasətə verilən yüksək qiymətdir.

Sizin fəaliyyətiniz nəticəsində əldə olunan razılaşma sadəcə iki dövlət arasında sülhün təntənəsi deyil, bu, həm də regionumuz üçün böyük nailiyyətdir və bölgəyə inkişaf, firavanlıq gətirəcəkdir. Azərbaycan dünyanın siyasi xəritəsində kiçik dövlət olsa da, Sizin siyasətiniz nəticəsində ölkəmiz dünyanın siyasi xəritəsində xüsusi yerə malikdir. Siz həyata keçirdiyiniz siyasətlə dünyanın aparıcı siyasətçiləri sırasında özünəməxsus yer tutursunuz və hər bir azərbaycanlı bununla fəxr edir.

Sizi bir daha böyük qələbə münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə cansağlığı və fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Dərin hörmətlə,

Asəf Hacıyev

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının

Parlament Məclisinin Baş katibi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see172

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see153

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see152

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see150

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see150

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see146

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see146

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see141

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see140

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see139

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see137

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see135

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see134

Türkiyə Superliqası: Qalatasaray səfərdən üç xalla qayıdır

26 Sentyabr 2025 23:14see129

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see125

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see125

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see123

Qubada ağır qəza: sürücü öldü, sərnişin xəsarət aldı

27 Sentyabr 2025 01:21see119

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see119

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri