Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin vitseprezidenti, Gürcüstan parlamentinin deputatı Ramaz Nikolaişvilidən AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün təkcə həyatınızın daha bir ilini deyil, həmçinin ölkənizə və xalqınıza verdiyiniz mühüm töhfələri əks etdirir.
Azərbaycan Sizin rəhbərliyinizlə möhtəşəm nailiyyətlər əldə edib. Prezident olaraq nümayiş etdirdiyiniz müstəsna liderliyə görə Sizə səmimi heyranlığımı bildirirəm. Sizin qətiyyətli mövqeyiniz və Azərbaycanın maraqlarının müdafiəsinə sadiqliyiniz ölkənizi həqiqətən də regionda ümid və tərəqqi mayakına çevirib.
Sizə möhkəm cansağlığı, davamlı uğurlar, ailənizin və dostlarınızın əhatəsində bol-bol sevinc arzulayıram. Qoy qarşıdan gələn il Sizə və gözəl ölkənizə daha böyük nailiyyətlər və imkanlar gətirsin!
Bir daha doğum gününüz mübarək, cənab Prezident!
Hörmətlə,
Ramaz Nikolaişvili
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin
vitse-prezidenti, Gürcüstan parlamentinin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 24 Dekabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















