Icma.az
close
up
RU
Qara dəniz Texniki Universitetinin dosenti BDU da elmi seminar keçirib

Qara dəniz Texniki Universitetinin dosenti BDU da elmi seminar keçirib

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Qara dəniz Texniki Universitetinin Molekulyar biologiya və genetika şöbəsinin dosenti Murat Erdem Güzel Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 Mart – Azərbaycan Respublikasında Elm Gününə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Bitki molekulyar sistematika tədqiqatları üçün multi nümunələmə metodologiyasının istifadəsi” mövzusunda onlayn seminar keçirib.

BDU-dan 525.az-a verilən məlumata görə, fakültənin dekanı professor Afət Məmmədova molekulyar sistematika sahəsində yeniliklər barədə söz açıb, çoxlu nümunələmə metodunun əhəmiyyəti və bu metodun tətbiqinə dair praktiki yanaşmaların müzakirəsinin vacib olduğunu bildirib.

Murat Erdem Güzel məruzəsində bitki sistematikasının molekulyar yanaşmalarla daha dəqiq tədqiq oluna biləcəyini deyib. O qeyd edib ki, multisamplinq metodologiyası endemik növlərin dəqiq müəyyən edilməsi və onların təkamül tarixçəsinin izahında mühüm rol oynayır. Bu yanaşmanın əhəmiyyətini göstərmək üçün o, Azərbaycanın endemik bitkilərindən biri olan Bakı keçəotusu (Nonea Bakuensis) üzərində aparılmış tədqiqatları nümunə kimi təqdim edib.

Seminar çərçivəsində filogenetik ağac anlayışı və onun sistematik tədqiqatlardakı rolu da müzakirə olunub.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb və müzakirələr aparılıb.

Sevinc Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Mart 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri