Türkiyənin Bursa Uludağ Universitetinin professoru BDU da elmi seminar keçirib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 29 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Türkiyənin Bursa Uludağ Universitetinin Biologiya bölümünün professoru Sibel Taşın “Eksperimental hipotiroidizm modelləri” mövzusunda elmi seminarı keçirilib.
BDU-dan AZƏRTAC-a verilən məlumata görə, məruzəçi əvvəlcə hipotiroidizm xəstəliyi barədə məlumat verib. Qeyd edib ki, bu, qalxanabənzər vəzinin zəif işləməsi nəticəsində yaranan xəstəlikdir. Hipotiroidizmin nəticələrinə yavaş metabolizm, yorğunluq, şişkinlik, depressiya, qaraciyər funksiyasının azalması, oynaq və ya əzələ problemləri daxildir. Professor Sibel Taş hipotiroidizmin patofizioloji mexanizmlərini, müxtəlif eksperimental modelləri təqdim edib. O, həmçinin hipotiroidizmin induksiyası üçün pəhriz, cərrahi müdaxilə, dərman istifadəsi, genetik, radioaktiv və immunoloji modellərin tətbiqinin əhəmiyyətini vurğulayıb. Hipotiroidizmin müxtəlif klinik formalarda özünü göstərdiyini, həmçinin tiroid hormon çatışmazlığının müxtəlif orqan və toxumalara təsir edərək, morfoloji və klinik əlamətlərin müxtəlifliyinə səbəb olduğunu vurğulayıb.
Seminarın sonunda hipotiroidizmin diaqnozu və müalicəsi mövzusunda çalışan tədqiqatçılara eksperimental modellər və laboratoriya nəticələrinin təhlili ilə bağlı tövsiyələr verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 29 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















