Qara dənizdə gizli savaş: Rusiya Türkiyəni niyə sıxışdırır? (ŞƏRH)
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Rusiya-Türkiyə əlaqələrini səmimi, dostluq, müttəfiqlik münasibətləri kimi dəyərləndirmək mümükün deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev son zamanlar Qara dəniz sahillərində Türkiyəyə məxsus gəmirlərin dron hücumlarına məruz qalmasını şərh edərkən deyib.
Ekspert qeyd edib ki, Avropa sanksiyaları altında əzilən Rusiya Türkiyəyə öz iqtisadiyaytı üçün alternativ marşurutlardan biri kimi baxır:
"Yəni Kreml Türkiyəyə Rusiyanı mövcud blokada vəziyyətindən çıxarmaq üçün bir imkan kimi baxır. Eyni zamanda, Türkiyənin Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiyada nüfuzunun artması da Kremli narahat edir. Bütün hallarda Kremldə oturanlar anlayır ki, eyni vaxtda iki cəbhədə döyüşə bilməyəcəklər, buna getsələr özlərinin sonu daha da tezləşəcək".

Bu baxımdan da, həmsöhbətimiz Rusiya tərəfindən Türkiyə gəmilərinə açılan atəşləri heç də təsadüfi hesab etmir:
"Rusiya çalışır ki, hər dəfə törətdiyi bu cinayət hadisələrini təsadüf, bilinməmiş hadisə kimi təqdim etsin. Oxşar hallar bundan sonra da baş verəcək. Amma bir məsələni də unutmayaq ki, Rusiya təkcə regionda deyil, dünya miqyasında mövqelərini itirir. Rusiya sərhədləri kiçilməyə doğru gedən bir ölkədir. Türkiyə isə daim böyüyən bir gücdür".
Qeyd edək ki, son zamanlar Türkiyə ərazisi və ona məxsus bəzi gəmilər tez-tez dron hücumlarına məruz qalır. Son olaraq dünən Qara dənizin beynəlxalq sularında Ukraynadan Türkiyəyə doğru hərəkət edən və Türkiyə bayrağı altında üzən yük gəmisi kamikadze dron hücumuna məruz qalıb. Bu, Rusiya tərəfindən hücuma məruz qalan artıq dördüncü Türkiyə gəmisidir. İlkin məlumatlara əsasən, insident beynəlxalq sularda baş verib və gəmi mülki yük daşıyıb. Baş verən olay Qara dənizdə beynəlxalq ticarət marşurutlarının ciddi təhlükə altına düşməsi anlamına gəlir.
Türkiyə yeganə NATO ölkəsidir ki, Rusiya ilə münasibətləri pozmayıb. Əksinə, Türkiyə Ukrayna ilə Rusiya arasında vasitəçilik missiyasında mühüm aktordur. Belə bir vəziyyətdə, son günlər Türkiyə ərazisi və gəmiləri dron hücumlarına məruz qalır.
Rüfət Sultan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 24 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















