Icma.az
close
up
RU
Türkiyəni müharibəyə cəlb etmək istəyirlər? Hərbi ekspertdən ŞƏRH

Türkiyəni müharibəyə cəlb etmək istəyirlər? Hərbi ekspertdən ŞƏRH

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib. Bu barədə Türkiyənin Müdafiə Nazirliyi mənbələrə əsasən məlumat yayıb.

Raketlərin atılmasında məqsəd Türkiyəni ABŞ/İsaril-İran müharibəsinə cəlb etməkdir?

Hərbi ekspert Anar Şuşalı Redaktor.az-a açıqlamasında qeyd etdi ki, regionda artan gərginlik fonunda İrandan buraxıldığı bildirilən üçüncü raketin Türkiyə hava məkanında məhv edilməsi xəbəri ciddi təhlükəsizlik müzakirələrinə səbəb olub:

"Hadisənin detalları tam rəsmi şəkildə açıqlanmasa da, bu cür insidentlər həm hərbi-strateji, həm də geosiyasi baxımdan müxtəlif ehtimallar üzərindən təhlil olunur. Əsas suallardan biri raketin trayektoriyasının təsadüfi olub-olmaması və ya Türkiyəni münaqişəyə cəlb etmək məqsədi daşıyıb-daşımamasıdır. Birbaşa belə nəticəyə gəlmək hələ tez sayılsa da, müəyyən ssenarilər nəzərdən keçirilir. İlk növbədə, Türkiyənin NATO üzvü olması səbəbilə onun hava məkanının pozulması və ya təhlükə ilə üzləşməsi daha geniş beynəlxalq reaksiyalara yol aça bilər. Bu baxımdan, bəzi analitiklər belə insidentlərin regionda müharibənin miqyasını genişləndirmək üçün riskli siqnallar kimi istifadə oluna biləcəyini istisna etmirlər. Bu, eyni zamanda psixoloji və strateji təzyiq aləti də sayıla bilər. Yəni, Ankaraya dolayısı mesaj verilərək mümkün hərbi müdaxilənin nəticələrinin ağır ola biləcəyi göstərilmək istənilə bilər".

Müsahibimizin fikrincə, digər və daha real görünən ehtimallardan biri isə texniki nasazlıq və ya trayektoriya səhvidir:

"Müasir müharibələrdə ballistik və qanadlı raketlərin naviqasiya sistemlərində problemlər, radioelektron mübarizə təsiri, proqramlaşdırma xətaları və ya hədəfin vaxtından əvvəl məhv edilməsi nəticəsində kursun dəyişməsi kimi hallar tez-tez müşahidə olunur. Son illərdə müxtəlif münaqişələrdə planlaşdırılmamış ərazilərə düşən raket nümunələri bu ehtimalın kifayət qədər ciddi olduğunu göstərir. Bununla yanaşı, bəzi hallarda dövlətlər qəsdən sərhədlərə yaxın trayektoriya seçərək “strateji siqnal diplomatiyası” həyata keçirirlər. Bu zaman məqsəd birbaşa zərbə endirmək deyil, qarşı tərəfin reaksiyasını ölçmək, hava müdafiə sistemlərini aktivləşdirməyə məcbur etmək və siyasi mesaj vermək olur. Belə riskli manevrlər regional güc balansının həssas olduğu dövrlərdə daha çox müşahidə edilir".

Anar Şuşalı vurğuladı ki, hadisəyə daha geniş geosiyasi kontekstdə baxdıqda isə Türkiyənin mümkün müharibəyə cəlb olunmasının Yaxın Şərq və Cənubi Qafqazda təhlükəsizlik arxitekturasını ciddi şəkildə dəyişə biləcəyi görünür:

"Türkiyə həm hərbi potensialı, həm də beynəlxalq ittifaqlardakı mövqeyi baxımından regionun əsas güc mərkəzlərindən biridir. Bu səbəbdən ona qarşı qəsdən birbaşa hücum ssenarisi yüksək riskli addım hesab olunur və daha çox dolayı təzyiq və ya texniki faktor ehtimalları ön plana çıxır.

Nəticə etibarilə, raketin Türkiyə hava məkanında məhv edilməsi hadisəsinin arxasında bir neçə mümkün səbəb dayana bilər. Ən real ssenarilər texniki səhv və ya trayektoriya problemi, psixoloji-strateji siqnal xarakterli riskli buraxılış və daha aşağı ehtimal kimi müharibənin miqyasını genişləndirmə cəhdi kimi sıralana bilər. Regionda gərginliyin davam etdiyi bir şəraitdə isə bu cür insidentlər ümumi təhlükəsizlik mühitinin nə qədər kövrək olduğunu bir daha göstərir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Mart 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri