Icma.az
close
up
RU
Qara ilə ağ iki rəngin çəkişibbərkişməsi

Qara ilə ağ iki rəngin çəkişibbərkişməsi

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Şanlı Azərbaycan Ordusunun Qarabağı, Gündoğar Zəngəzuru azad etməsi, son 30-40 ilin deyil, son 100-110 ilin də deyil, ən azı 200 ilin danılmazmı-danılmaz, möhtəşəmmi-möhtəşəm, hadisə kimi hadisəsidir! 

Tarixi Zəfərimiz həm hərbi, həm də diplomatik müstəvidə Azərbaycan xalqının suverenliyini təsdiqləyən əvəzolunmaz uğurumuzdur!

Bu uğurlar və qarşı sətirlərdəki vurğularımız, liderin ölkə taleyindəki yerini və rolunu yalnız təriflə deyil, faktlarla, gerçək nəticələrlə təsdiqləyir. Qarabağ Zəfəri, Azərbaycanın tarixi yaddaşını canlı saxlayan rəmzlərlə bərabər, həm də xalqın milli ruhunu və özünəinamını gücləndirir. 
Gücün - Yer üzünün ən ədalətli və humanist Dəmir Yumruğunun yiyəsinin tarixi Zəfərə gələn uğur yolunu, başarı xəritəsini, onun adgünündə, yığcam şəkildə yada salaq: 

Qaradağ

Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə Qaradağdan Millət vəkili seçilmişdi – Qaradağlıların bu seçimi rayonun sosial-iqtisadi inkişafına güclü təkan vermiş oldu. İlham Əliyevin Qaradağa qazandırdıqları bu gün də örnək, model olaraq öyrənilməyi haqq edir;

Onun təşəbbüsü ilə Qaradağın sosial-iqtisadi inkişafı üçün atılan uğurlu addımlar, ardınca (özəlliklə enerji siyasəti sahəsində) əldə edilən digər uğurlar, yalnız bir rayonun, bir sektorun deyil, ümumilikdə iqtisadiyyatımızın inkişafına, Azərbaycanın rifahına xidmət edir.

Qara qızıl

İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti kimi qara qızıl təsərrüfatının səmərəli idarə edilməsinə təkan verdi, daha sonra ölkənin Baş naziri və Prezidenti kimi bu siyasəti, digər əməli çalışma aahələri üzrə də davam və inkişaf etdirdi. 
Eyni zamanda, Milli Olimpiya Komitəsinin prezidenti və beynəlxalq qurumlarda yüksək vəzifələrdə çalışaraq Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu artıran da İlham Əliyev oldu.

Qaraşəhər… Ağşəhər…

İlham Əliyev paytaxtın Qaraşəhər adlanan bölgəsinin Ağşəhərə çevrilməsi prosesini başa çatdırdı.
Qaraşəhərin Ağşəhərə çevrilməsi Azərbaycanın iqtisadi və mədəni tərəqqisinin göstəricisidir. 
Bu, yalnız bir şəhərin deyil, bütün ölkənin yenilənməsini simvollaşdırır.
İlham Əliyev bu bölgəyə, səmtə (də) yeni ünvanlar qazandırdı. Onun Ali Baş Komandanlığı ilə qazanılmış Zəfərin şərəfinə adlandırılan 8 Noyabr prospekti, Hərbi Qənimətlər Parkı məhz Xətai rayonunda - Qaraşəhər səmtində açıldı. 
İlham Əliyev Qaraşəhərdə ağ abidə ucaltdı.
Qarabağ Zəfərinin şərəfinə açılan, 44 metr hündürlüyə malik və 44 sütundan ibarət abidə, Azərbaycanın Zəfər tarixini əbədiləşdirən simvoldur. Bu abidə, yalnız yaxın keçmişə işıq salmır, eyni zamanda gələcək nəsillərə qürur və ruh verir. 

Bəli, Qaraşəhər və Ağşəhər metaforaları təkcə rəng dəyişimini deyil, böyük dönüşü, yenilənməni və inkişafa doğru atılan addımları ifadə edir. Bu metaforalar kiminə görə, emosional ritorika olaraq qəbul görər bəlkə; amma biz bunu, Azərbaycanın keçmiş çətinliklərini geridə qoyaraq, güclənmiş mövqeyinin nümayişi kimi görürük.

Bəli, Qaradağı da, Qarabağı da (hər birini öz planında) qaranın ən müsbət anlamı ilə Böyüdən, Böyük edən, kiçik Qaraşəhəri böyük Ağşəhərə çevirən o oldu.
Qarabağda ölkəmizin üzünü ağ edən, şanımızı ucaldan, düşməni ağ bayraq qaldırmağa vadar edən şanlı ordunun Müzəffər Ali Baş Komandanından danışırıq! 
O, ümumilikdə, ölkəni qaramatdan xilas edib!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri