Icma.az
close
up
RU
Qara minalardan ağgünə… Əkbər Qoşalı yazır

Qara minalardan ağgünə… Əkbər Qoşalı yazır

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bəzən bir şəhər təkcə şəhər olmur - bir ulusun yaddaşının davamı kimi çıxış edir - bəli, bəli, insan kimi çıxış edir, ağac-ağac, daş-daş, su-su, torpaq-torpaq və göyüzü danışır... Bizim Ağdam da belədir: dağıntısı da tarix kimi, dirçəlişi də yığvalımız kimi...

Təqvimimizin 20 noyabr günü 1991-ci ildə büründüyü qara libasdan beş il öncə ləyaqətlə çıxdı.

Bu gün 20 noyabr – Ağdam şəhəri gününü keçirən Azərbaycan, artıq 2020-ci ilin qalibindən də üstün - 2025-ci ilin bölgəsəl söz sahibidir. Ötən beş il içində təkcə torpağımızı bərpa etmədik; öz geosiyasi statusumuzu da yenidən qurduq. Ağdam bu quruculuğun həm başlanğıcıdır, həm simvolu, həm də gələcəyi.

Ağdama basdırdıqları saysız-hesabsız minaların tapılması, çıxarılması üçün uzun illər lazım olacağını hesablamış ermənilər, orada yaşayışın bunca tez baş tutacağını təsəvvür etməmişdi. Qara minalar qara günlər kimi keçmiş olur, ağ günlər çiçəkləyir Ağdamda!

İllər boyu “Qafqazın Xirosiması” adlandırılan bizim Ağdam, erməni vandalizminin ən dəhşətli üzünü yansıdırdı. İşğal ollərinin Ağdamı, sadəcə dağıntıları gösyərmurdi - mədəniyyətin, yaddaşın, bir ulusun nəfəsinin qəsdən boğulmasını nümayiş etdirirdi.

Prezident İlham Əliyev elə həmin gün Ağdam şəhərini bərpa edəcəyimizi, buna heç kimdə şübhə olmamasını duyurmişdu.

Bax, bu gün artıq heç kimdə zərrəcə şübhə qalmayıb; o sözlər siyasi açıqlama yox, bərpa fəlsəfəsinin, quruculuq kulturolojisinin və inamının özüydü.
Necə deyərlər, Ağdamın bərpası – Azərbaycanın özünü yenidən yazması dəyərində bir hadisədir.

Budur, 2025-ci ilə gələndə Ağdamın simasında artıq üç böyük həqiqət görünür:

Birincisi, 

yeni şəhər – yeni iqtisadiyyat:

Ağdam Sənaye Parkı bu gün ölkənin ikinci ən böyük sənaye mərkəzidir.
260 milyon manatı keçən yatırım və 900-dən artıq daimi iş yeri — bu artıq Qarabağda iqtisadiyyatımızın yeni, güclü başlanğıcıdır və qətiyyən təsadüfi layihələr seriyası deyil.  

İkincisi,

yeni şəhər – yeni mədəniyyət:
Örnək versək, Ağdam Muğam Mərkəzinin açılışı bir mədəniyyət ocağının açılış təntənəsindən daha çox, muğamın öz vətəninə qayıdışının özüydü.
Bərpa olunan Cümə məscidi isə — mənəvi suverenliyimizin nişanəsinə çevrilib.

Üçüncüsü,

yeni şəhər – yeni geosiyasət:
Dirçələn, qara günlərdən silkinib çıxan Ağdama təkcə qardaş, dost dövlətlərin liderləri də gəlib, burada beynəlxalq tədbirlər keçirilib. Qara buludları dağılan Ağdam sanki anka kimi ağbuludlara, ağgünlərə iri, güclü qanad açıb…
Dövlət başçımızın 2025-ci ildə ardıcıl səfərləri, Qırğızıstanın məktəb hədiyyəsi, ECO Zirvəsinin Ağdamda nümayiş proqramı — bunların hər biri Ağdamın, ümumən Qarabağın yeni siyasi xəritəsini göstərməkdədir.  

Bu il - “Konstitusiya və Suverenlik İli” Azərbaycan üçün özəl ildir. Çünki bu il:

-Azərbaycan Mərkəzi Asiya əməkdaşlıq formatına tamhüquqlu üzv oldu;
-Türk dünyasının bütün siyasi xəritəsi yenidən Azərbaycan üzərində fokuslanır — Qəbələ Zirvəsi bunu bir daha sübut etdi;
-ECO-dan Türk Dövlətləri Təşkilatına, Avrasiyadan Güney Qafqaza qədər Bakı bölgələrarası altun körpüyə çevrilir.
Bax, bu fonda, “Böyük Qayıdış”lı Ağdam, Qarabağ, bütün azad edilmiş ərazilərimiz özünəxas bir geosiyasi ismarıc daşımaqdadır.

90-cı illərdə Ağdam, Qarabağ işğal olunanda dünya susmuşdu...

2025-ci ildə Ağdam bərpa olunanda isə susan dünya bura gəlmə durumundadır...
Bu dönüş torpaq Qələbəsindən daha üstün hadisədir, əlbəttə; əlbəttə, tarixi ədalətin geosiyasi qayıdışına şahidlik edirik.

Müzəffər Aki Baş Komandan, Prezident İlham Əliyevin Ağdama səfərlərinin dərin anlamı və üfüqgenişliyi var.

Bəki, Ağdamın təməlqoyma tarixçəsi bu gün artıq müharibədən sonrakı güclü dövlətçilik salnaməsi kimi qəbul görməyi haqq edir. Bir neçə il içində dəmir yolu və avtovağzal kompleksi, “Ağdam Residence”, Xıdırlı, Sarıcalı, Kəngərli kəndlərinin açılışları, Cümə məscidinin bərpası, Muğam Mərkəzinin tikintisi, Prezident səviyyəsində unudulmaz səfərlər… — bax, bunlar strateji yenidənqurmanın özüdür. Yəqin bu da bir təvafüqlükdür ki, Ağdamın Baş Planı təsdiqlənən ilk plan oldu.  
Aydın görürük: Azərbaycan Ağdamı bərpa etməklə yalnız bu şəhəri və hətta, yalnız Qarabağı deyil, belə deyək, bütövlükdə öz gələcək iqtisadi-coğrafi mərkəzini qurur.

Bəs Ağdamın gələcək şəhər modeli necə şəkillənir?

2040-cı ilədək Ağdamın 100 min nəfərlik çağdaş şəhərə çevrilməsi planı artıq kağızdan çıxıb tikinti-quruculuq hadisəsinə çevrilib. Bu, postsovet məkanında ilk belə miqyaslı yenidənqurma modelidir.

Ağdamın bərpası əhalinin qayıdışı, iqtisadiyyatın dirçəlişi, mədəniyyətin canlanması, bölgəsəl diplomatiyanın mərkəzləşməsi kimi (ən azı!) dörd strateji təbəqədə icra olunan dövlətçilik layihəsidir.

Bu gün Ağdamda addımlayan hər kəs bilir ki, burada dağıntılar həm torpaqdan, həm zamanın içindən silinir və bununla belə yaddaşımızdakı yerini gərəyincə saxlayır... 

Burada açılan hər yol kənd-kəsəyə aparmır — qayıdan yaddaşa aparır…
Burada qurulan şəhər isə Azərbaycanla yanaşı, Türk dünyası üçün örnəkdir.

Uzun sözün qısası, 

Ağdam artıq qayıtmır – Ağdam qaldığı yerdən davam və inkişaf edir.
Yalnız güclü ulusun təmkini, iradə və Zəfər enerjisi belə şəhərlər yarada bilir.
Bu gün Ağdamın küçələri asfaltlanınca, siz elə bilin, o, bərpa edilmiş ədalətlə döşənir…
Bu gün Ağdamın evləri tikilincə, siz elə bilin, o,  qayıdan insanların nəfəsi ilə qurulur, isinir...
Bu gün Ağdamın meydanları genişləndirilincə, siz elə bilin, o,  Azərbaycanın yeni gücü ilə açılır...

2025-ci ilin Ağdamı — Azərbaycan dövlətçiliyinin yeni, gur səsidir.
Bu səs Ağdamın, Qarabağın və əlbəttə, Azərbaycanın özündən böyük məna-mahiyyətindən gəlir.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri