Icma.az
close
up
RU
Qara Qarayevin qızından atasına aid evin satışa çıxarılmasına REAKSİYA

Qara Qarayevin qızından atasına aid evin satışa çıxarılmasına REAKSİYA

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkə səhifələrində “Qara Qarayevin yaşadığı mənzil satışa çıxarıldı” başlığı ilə yayılan məlumat tam həqiqəti əks etdirmir”.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, bu fikirlər bəstəkar Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı yaydığı açıqlamada yer alıb.

O bildirib ki, xəbərdə adıçəkilən mənzil dahi bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin yaşadığı ev kimi təqdim olunsa da, bu məlumat tam dəqiq deyil:

“Məlumatı dəqiqləşdirmək məqsədilə bildiririk ki, həmin mənzil bəstəkara dövlət tərəfindən 1950-ci illərdə verilmiş və Qara Qarayev burada bir neçə il yaşamışdır. Daha sonra bəstəkar başqa ünvana köçmüş, sözügedən mənzildə isə illər ərzində bir neçə ailə məskunlaşmış və sonradan mənzil satılmışdır.

Hazırda Qara Qarayevin əsl yaşadığı və yaradıcılığının mühüm dövrünü keçirdiyi mənzil “Qara Qarayevin ev-muzeyi” kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur. Muzeydə bəstəkarın şəxsi əşyaları, sənədləri, musiqi arxivləri və dəyərli eksponatları saxlanılır.

Qara Qarayevin sonuncu mənzili Bakı şəhəri, Bülbül prospekti 21 ünvanında yerləşir. Həmin binada bəstəkarın baraleyfi quraşdırılmış, yaxınlıqda isə onun adını daşıyan park salınmışdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, yayılan məlumat tam dəqiq hesab edilə bilməz və ictimaiyyəti yanlış istiqamətə yönəldir. Media qurumlarından və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, bu kimi xəbərləri paylaşmazdan əvvəl məlumatın düzgünlüyünü yoxlasınlar və böyük sənətkarın irsinə hörmətlə yanaşsınlar.

Qara Qarayevin adı və yaradıcılığı Azərbaycan mədəniyyətinin ən dəyərli sərvətlərindəndir və onunla bağlı istənilən məlumat məsuliyyət və dəqiqliklə ictimaiyyətə çatdırılmalıdır”.

Xatırladaq ki, internetdə Qara Qarayevin yaşadığı mənzilin satışa çıxarılması barədə elan paylaşılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri