Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Qara qutu müəmması Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI

Qara qutu müəmması Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çeçenistan ərazisində vurularaq zədələnən, Qazaxstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin “qara qutu”ları Braziliyadan Qazaxıstana aparılıb.  Bu barədə məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, “qara qutu”lar qəza ilə bağlı yekun rəyin verilməsi üçün hadisənin səbəblərini araşdıran komissiyaya təhvil verilib. 

“Qara qutu”lar Qazaxıstana təhvil veriləndən sonra  Britaniya təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Braziliya, Azərbaycan və Qazaxıstanı dəstəklədiyini açıqlayıb.

Hurriyyet.az  xəbər verir ki, bu barədə Britaniya parlamentinin Mühafizəkarlar Partiyasının üzvü Vendi Mortonun “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması ilə bağlı Britaniya hökumətinə ünvanladığı sualın cavabında bildirilib. Sualda Britaniyanın qəza ilə bağlı beynəlxalq araşdırmanın potensial mahiyyətini necə qiymətləndirdiyi soruşulub. Suala cavab olaraq Britaniya Xarici İşlər Nazirliyində Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Douti bu hadisədə həlak olanların ailələrinə başsağlığı ifadə edib. O qeyd edib ki, Britaniya rəsmiləri Azərbaycan və Qazaxıstan rəsmiləri ilə bu məsələyə dair sıx təmaslarını davam etdirir. 

“Qara qutu”ların qəzanı araşdıran komissiyaya verilməsi ərəfəsində Rusiya Xarici İşlər Nazirliyi qəribə məlumat açıqlayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi illik mətbuat konfransında Moskva və Bakının istənilən məsələləri həll edə biləcəyini, buna misal olaraq İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulmasını, Azərbaycan təyyarəsinin qəzaya uğramasını göstərib. Sergey Lavrov jurnalistləri AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə və faciə haqqında məlumat yaymamağa çağırıb. O, həmin məlumatların “qara qutu”ların məlumatları ilə faktiki olaraq təsdiqini tapmadığını söyləyib. Sergey Lavrov bildirib ki, Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verib. Onun sözlərinə görə, təhqiqat başa çatana qədər gözləmək vacibdir və “qara qutu” məlumatları hazırda yayılan versiyaların çoxunu dəstəkləmir. Sergey Lavrov Azərbaycan tərəfinin təyyarə qəzasının araşdırılmasında Rusiya tərəfinin iştirakını dəstəkləməsini Moskvanın qiymətləndirdiyini əlavə edib. 

Rusiya XİN rəhbərinin bu açıqlamasının arxasında hansı məqsədlər dayanır?  Hansı fərqli məlumatlardan söhbət gedə bilər? Rusiya ampluasına sadiq qalaraq, izi azdırmağa çalışır, yoxsa fərqli məlumatlar həqiqətən aşkara çıxa bilər?

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov

Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a deyib ki, həqiqət birdir və ondan ibarətdir ki, Azərbaycan Hava Yollarına məxsus mülki təyyarə beynəlxalq hava limanına enəndə Rusiyaya məxsus “Pantsir”lə vurulub: “Bütün faktlar göstərir ki, təyyarə vurulub və bu səbəbdən qəzaya uğrayıb. Rusiya isə bu həqiqəti qəbul etməkdən yayınmağa çalışır. Bir tərəfdən də deyirlər ki, guya həmin vaxt havadan təhlükə olduğundan "Kovyor" əməliyyatı həyata keçirilib. Əgər “Kovyor” əməliyyatı elan olunmuşdusa, hava məkanı bağlanmalı, despetçerlər AZAL-a məxsus təyyarənin pilotlarına bu barədə məlumat verməli idilər ki, təyyarə təhlükəli zonaya daxil olmasın. Rusiya tərəfi isə bunu etməyib, təyyarə pilotuna “Kovyor” əməliyyatı barədə məlumat verməyib. Sergey Lavrovun açıqlaması reallıqla uzlaşmır. Həqiqət birdir - AZAL-a məxsus təyyarə vurulub! Həqiqət birdir ki, təyyarə Rusiyanın hava məkanında vurulub. Həqiqət budur ki, vurulmuş təyyarəmizin Rusiya ərazisində olan və Qroznı hava limanı yaxınlığındakı hava limanlarına enmək icazəsi verilməyib. Həqiqət budur ki, Rusiya özü etiraf edir ki, Qroznıda Azərbaycan təyyarəsi vurulmazdan 10  dəqiqə öncə Dağıstan, Mahaçqala təyyarə qəbul edib, təyyarə havaya qalxıb. Əgər “Kovyor” əməliyyatı həyata keçirilirdisə, niyə bu barədə Azərbaycan tərəfinə məlumat verilməyib? Sergey Lavrov yaxşı olardı ki, bu suallara aydınlıq gətirsin".

Hərbi ekspert deyib ki, Rusiya tərəfi vurulmuş mülki təyyarəyə görə kompensasiya ödəməlidir: “Bu haqda danışsınlar. Azərbaycan təyyarəsi Rusiya ərazisində vurulub və Rusiya beynəlxalq qanunlara görə kompensasiya ödəməlidir. Digər bir məqam da odur ki, idarəetməni Qroznı hava limanındakı dispetçer deyil, Rostov dispetçeri həyata keçirib. Bilərək ki, təyyarə vurulub və qəzalı durumdadır, yaxınlıqdakı hava limanına deyil, Aktauya yönləndirib. Sergey Lavrovun açıqlaması onu deməyə əsas verir ki, Rusiya tərəfi təyyarənin vurulması məsuliyyətini üzərilərinə götürmək niyyətində deyil, müvafiq olaraq kompensasiya da ödəmək istəmirlər. Halbuki təyyarənin Rusiya istehsallı "Pantsir"lə vurulmasını ekspertlər də təsdiq edib. Yəni “qara qutu”lardan nə çıxmasından asılı olmayaraq Azərbaycan Hava Yollarına məxsus mülki təyyarə Rusiya ərazisində, Rusiya istehsallı silahlardan atəş açılmaqla vurulub və buna görə də Rusiya məsuliyyət daşıyır". 

Hərbi ekspert Sergey Lavrovun Azərbaycanın Rusiyaya məxsus hərbi helikopteri Ermənistan ərazisində vurmasını xatırlatmasının da yersiz olduğunu deyib: “Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ərazisində Rusiyaya məxsus hərbi helikopteri vurub və buna görə üzr istəyib, kompensasiya ödəyib, hərbi helikopterin dəyərini ödəyib. Rusiya tərəfi Azərbaycanın mülki təyyarəsini öz ərazisində vurub və bunu etiraf edib kompensasiya ödəməkdən yayınır. Təyyarəmizi Rusiya tərəfi vurmasaydı belə, təhlükəsizliyi təmin etməli olan Rusiya tərəfidir. Hər bir halda Rusiya tərəfi üzr istəməli, kompensasiya ödəməli və təyyarənin dəyərini verməlidir. Bunu beynəlxalq hüquq tələb edir. Rusiya tərəfi şantaj ritorikasından əl çəkib beynəlxalq hüququ əsas tutub addımlar atmalıdır”.

Azərtac

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see226

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see219

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see216

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see184

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see167

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see159

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see153

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see149

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see145

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri