Rusiyadan Ermənistana AÇIQ TƏHDİD Kremlin hərbi güc mesajının PƏRDƏARXASI
Icma.az bildirir, Bizim media portalına istinadən.
Rusiya son dövrlər Ermənistana münasibətdə sərt ritorikasını daha da artırır.
Son olaraq, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici-siyasi kursu ilə bağlı açıq və sərt mövqe ortaya qoyub.
Rusiya XİN-in mövqeyinə görə, Ermənistanın xarici əlaqələri şaxələndirməsi ənənəvi müttəfiqlərlə əməkdaşlığın zəiflədilməsi demək deyil. Kremldə hesab edirlər ki, Cənubi Qafqaz ölkələrində, o cümlədən Ermənistanda Brüssel və Vaşinqtonun “xeyirxah niyyətlər” adı altında əslində soyuq geosiyasi hesablamalar apardığı yaxşı başa düşülür. Açıqlamada qeyd olunur ki, Qərb üçün region, ilk növbədə, Rusiyaya təzyiq göstərmək məqsədilə istifadə oluna biləcək potensial “ağrı nöqtəsi” kimi qiymətləndirilir.
Açıqlamada vurğulanır ki, Rusiya faktiki olaraq Ermənistanın əsas ticarət və investisiya tərəfdaşıdır, həmçinin respublikanın ərzaq və enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Rusiyanın hərbi bazası və sərhəd qoşunları Ermənistanın, eləcə də bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında mühüm rol oynayan amillər kimi göstərilir.
Bu açıqlama Rusiyadan Ermənistana hərbi güc mesajı kimi də dəyərləndirilir.
Bəs Lavrovun sözügedən fikirləri nəyə hesablanıb?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Rusiya XİN-in sözügedən bəyanatı Paşinyana növbəti xəbərdarlıq məqsədi daşıyır:
“Ermənistan Qərbə inteqrasiya kursu götürür. Paşinyan hökumətinin məqsədi Qərblə bütövləşməkdir. Bu yanaşma isə Rusiyanın maraqlarına cavab vermir. Ona görə də Rusiya XİN rəhbəri belə vəziyyəti ölkəsi və onun maraqları üçün zərbə kimi qiymətləndirib. Bu səbəbdən də Rusiya belə bəyanatlar verməklə, əslində Ermənistanı öz xoşu ilə əldən verməyəcəyinin anonsunu verir.
Bütün bunlar isə Ermənistanda iyunda keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlıdır. Moskvada anlayırlar ki, Paşinyanın növbəti qələbəsi Ermənistanın Qərbə doğru istiqamətlənməsini daha da sürətləndirəcək. Ona görə də bütün təzyiq vasitələrindən istifadə etməklə çalışırlar ki, seçkilər Paşinyanın istəyinə uyğun sonluqla bitməsin. Bütün bunlar Paşinyana yönəlik növbəti xəbərdarlıqdır. Bununla dolayısı ilə bildirirlər ki, sözə baxmasa, başqa addımlara da əl ata bilərlər”.
Rüfət Sultan, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 Fevral 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















