Qara qutular təyyarənin qəza anını qeydiyyata ala bilməyib
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən il dekabrın 29-da Cənubi Koreyada qəzaya uğrayan “Jeju Air” təyyarəsinin “qara qutu”ları təyyarə Muan hava limanında beton qurğuya çırpılmazdan təxminən dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb
Müstəntiqlər bildiriblər ki, sərnişin təyyarəsinin registratorları təyyarə qəza enişi etməzdən bir neçə dəqiqə əvvəl işini dayandırıb.
Demək olar ki, otuz il ərzində ölkənin ən ölümcül aviasiya qəzasını araşdıran rəsmilər, məlumatların toplandığı "qara qutu"larla Banqkokdan gələn Jeju Air 7C 2216 reysinin partlamasınınn səbəbini işıqlandıracağına ümid edirdilər. Lakin Cənubi Koreyanın nəqliyyat nazirliyi bildirib ki, Boeing 737-800 təyyarəsinin həm kokpit səs yazıcısı (CVR), həm də uçuş məlumatlarının yazıcısı (FDR) qəzadan təxminən dörd dəqiqə əvvəl işləməyi dayandırıb.
Nazirlik açıqlamasında cihazların niyə qeydi dayandırdığının aydın olmadığını bildirib və bunun səbəbini müəyyən etmək üçün çalışacağını bildirib.
Qeyd edək ki, fəlakət nəticəsində 179 sərnişin və ekipaj üzvü həlak olub, iki nəfər isə sağ qalıb.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 Yanvar 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















