Icma.az
close
up
RU
“Qarabağ” 2024cü ildə yeni zirvələr fəth etdi”

“Qarabağ” 2024cü ildə yeni zirvələr fəth etdi”

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bitməkdə olan il futbol meydanlarında daha xoş anlarla yadda qaldı. "Qarabağ" son illərdə olduğu kimi 2024-cü ildə də yeni-yeni zirvələr fəth etdi. Komandamız ilk dəfə Avropa Liqasının pley-offunda oynadı və “Braqa” kimi güclü bir rəqibi yarışdan kənarlaşdırdı. Bununla da tarixdə ilk dəfə Azərbaycan klubu avrokubokların 1/8 finalına yüksəldi. Komandamız 1/4 finala vəsiqə üçün “Bayer”lə bərabər səviyyədə, möhtəşəm mübarizə apardı. Hər iki görüşdə qələbə son dəqiqələrdəki qollarla əldən verildi. 11-ci dəfə Azərbaycan çempionu, 8-ci dəfə ölkə kubokunun qalibi olan komandamız 2024/2025-ci illər mövsümünü “Qızıl dubl”la başa vurdu. SİA xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözəl Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.

“İlin ən böyük hadisələrindən biri Prezident İlham Əliyevin Ağdamdakı “İmarət” stadionunun təməlini qoyması oldu. Arenamızın inşasına başlanılması uzun illər doğma şəhərindən, öz stadionunda uzaq düşən klubumuz üçün tarixi hadisədir. Daim idmana, klubumuza qayğı ilə yanaşan, stadionumuzun inşasını diqqətdə saxlayan dövlətimizin başçısına klubumuz və bütün “Qarabağ” pərəstişkarları adından təşəkkür edirəm”, - deyə Tahir Gözəl vurğulayıb.

Onun sözlərinə görə, “Qarabağ” bu il Çempionlar Liqasının pley-offuna qədər yüksəlməklə azarkeşlərinə sevinc bəxş edib. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanan komanda bu raundda oynayan ilk Azərbaycan klubu kimi tarixə düşdü. Premyer Liqada da qış fasiləsinə 1-ci yerdə yollanan komandamız həm daxili, həm beynəlxalq arenadakı bütün matçlarda öz mübarizəsi, iddiası, cəsarəti ilə hamımızı sevindirdi. O deyib: “Komandamızın uğurlarını qarşıdakı ildə də davam etdirəcəyinə inanıram. Avropa Liqasında bizi iki vacib oyun gözləyir. Baş məşqçimiz Qurban Qurbanov və komandamıza daim inanıram. Onların 2025-ci ildəki bu vacib matçlarda pley-offa vəsiqə üçün sonadək mübarizə aparacağına əminəm. Qarşıdakı ildə Avrokubok, Premyer Liqa və kubokda ən yüksək hədəflər üçün mübarizə aparacağıq. Qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edirəm. Komandamızın yeni ildə onlara yeni-yeni sevinclər bəxş edəcəyinə inanıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri