Icma.az
close
up
RU
Qarabağ analarının səsi Cenevrədə

Qarabağ analarının səsi Cenevrədə

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət-QHT əməkdaşlığı nəticə verir, beynəlxalq arenada inam və nüfuz artır


Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu


Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil edilib. Sərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyi tərəfindən icra olunan “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində keçirilib. Layihənin Belçikadakı tərəfdaşı “Fireland” Azərbaycanlılar Birliyidir.  “Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev bildirib ki, Avropa məkanında QHT xətti ilə Azərbaycanın mina probleminə dair bu miqyasda silsilə sərgilər ilk dəfədir keçirilir: “Münhen, Nürnberq, Paris şəhərlərindən sonra bu dəfə Brüsseldə nümayiş etdirdiyimiz fotoları “danışan şəkillər” də adlandırmaq olar. Onlar Azərbaycan torpaqlarına Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olan insanların hekayələridir. Biz susmayacağıq, vaxt yetişib, 30 illik işğal dövründə dinc insanlara qarşı bu qəddarlığa görə məsuliyyət daşıyan Ermənistanın hərbi-siyasi rəhbərləri indi cavab verməlidir. Avropa İttifaqının paytaxtı sayılan Brüsseldən dünyaya xitabımız da ədalətin təmin olunması naminədir”.

Ziyarətçilər fotoların üzərindəki QR kodlar vasitəsilə Azərbaycanın mina probleminə dair əlavə məlumatlarla da tanış olublar. “Gilavar” Foto Klubu İctimai Birliyi bu sərgini Avropada davam etdirməyi planlaşdırır.


Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan QHT-lərinin Avropa həmləsi və QHT sektorunda keyfiyyət sıçrayışı müşahidə olunur. Onun sözlərinə görə, Cenevrədə BMT-nin Avropa ofisinin yerləşdiyi "Millətlər sarayı" meydanında "Qarabağ İtkin Ailələri" İB-in keçirdiyi aksiya, “Gilavar Foto Klubu” İB-in Nürnberq, Münhen, Paris və Brüsseldə Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil etməsi milli QHT sektorunun inkişafının yeni keyfiyyət mərhələsinin aşkar göstəricisidir: 


“Bu layihələr bizləri ruhlandırır, qürur verir və güclü motivasiya yaradır, QHT sektorunun böyük potensialını, gücünü, cəmiyyətə, dövlətə, hər birimizə necə böyük fayda verə biləcəyini nümayiş etdirir. Bu layihələr planlama, koordinasiya, hüquqi prosedurların keçilməsi, kommunikasiya və təhlükəsizliyin təmin edilməsi səylərini birləşdirərək yüksək peşəkarlıq sərgiləyib. Faktiki olaraq, Azərbaycan QHT-lərinin ölkə xaricində layihə icra etməsi sahəsində “keyfiyyət sıçrayışı”ndan danışa bilərik. Bu əsla mübağilə deyil, reallıqdır. Görülən işlər təkcə ayrı-ayrı QHT-lərin uğuru deyil, bütöv sektor üzrə müşahidə olunan pozitiv trendin və aparılan islahatların məhsuludur. İnstitusional idarəetmə, monitorinq və qiymətləndirmə, şəffaflıq, layihələrin şaxələndirilməsi, ambisiyalı yanaşma imkanlarının artırılmasının hamısı bu təşəbbüslərdə öz əksini tapır. Məsuliyyətlə, peşəkarlıqla və ürək yandıraraq icra olunan bu layihələr Azərbaycanın xarici siyasət prioritetlərinə ictimai dəstək verir, ölkəmizin “yumşaq güc”ünü gücləndirir. Bu layihələr faktlara söykənir, emosional zəkanı nəzərə alan hekayələr ön plana çıxır və beynəlxalq auditoriyada inam yaradır. 


“Gilavar Foto Klubu” İB sərgisində mina qurbanı Elmir Bağırovun fotosu üzərində yazılıb: “İnsan öz torpağında tank əleyhinə minaya düşərmi? Təsəvvür etmək çətindir, amma mən sağ qaldım, 18 yaşım tamam deyildi, o gündən iztirab dolu həyatım başladı, gəncliyimi və iki ayağımı itirdim”. Hər iki ayağını və bir gözünü itirən digər mina qurbanı Samir Əlizadənin fotosu isə onun keçirdiyi hissləri dərk etməyə dəvət edir: “Bir addım, iki partlayış…Davamını siz deyin…”. Üst-üstə basdırılmış minalara düşərək ayağını itirən Rəhim Qaraşovun yaşadıqları isə növbəti faciədir: "Minaları üst-üstə basdırmaqla nə etməyə çalışıblar? Bu qədər qəddarlıq nə üçündür? İş yoldaşımı mina tələsindən xilas edərkən özüm qurbana çevrildim”. "Qarabağ İtkin Ailələri" İB-in keçirdiyi aksiyada itkin düşmüş soydaşımızın şərfi sərgilənir və onun anası bu şüarla xitab edir: "Dünyada heç bir şərf məni isidə bilməz".

Z.İbrahimlinin sözlərinə görə, layihələrin bu formatda və keyfiyyətdə həyata keçirilməsi, QHT sektorunun inkişafı üzrə dövlət siyasətini icra edən qurumların reformist və dəstəkləyici yanaşmasının praktiki nəticəsidir: 

“Bu yanaşma beynəlxalq əməkdaşlığın və beynəlxalq arenada fəaliyyətin gücləndirilməsi strategiyasının ayrılmaz komponenti kimi qiymətləndirilməlidir. Dövlət–QHT xəttində yaranan sinerji davamlı nəticələr doğurur. Avropada icra olunan uğurlu layihələr həm də bu islahatların özünəinamı və ambisiyaları artırdığını göstərir. Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qlobal Cənub QHT Platformasının təsis edilməsi, QHT-lərimizin regional və qlobal miqyasda şəbəkələşmə, bilik mübadiləsi və birgə müdafiə imkanlarını genişləndirir. Bu təşəbbüslər şablon yanaşmalardan uzaqlaşmağın nə qədər vacib olduğunu təsdiqləyir. Mövcud dinamika göstərir ki, 2026-cı ildə daha çox şəhəri əhatə edən, koalisiya əsaslı, hibrid (offline+online) formatlı, ölçülə bilən nəticələri olan və Azərbaycana praktik töhfə verən layihələrin sayı artacaq. Bir daha qeyd edim ki, bu təşəbbüslər bizə ümid verir və hamımızdan gözlənilən odur ki, bu müsbət dalğanı daha da genişləndirərək 2026-cı ildə daha iddialı, daha təsirli və daha qlobal ölçülü layihələrlə davam etdirək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri