Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Kipr məsələsi Cenevrədə...

Kipr məsələsi Cenevrədə...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sammitdən nə gözlənilir?

Kipr məsələsi üzrə danışıqlar prosesi yenidən bərpa oluna bilər - qeyd edək ki, martın 17-18 - də Cenevrədə Millətlər Sarayında BMT-nin himayəsi altında və BMT-nin baş katibi Antonio Quterreşin vasitəçiliyi ilə Kipr nizamlanmasına dair ikigünlük sammit keçirilib. Qərb KİV-lərinin məlumatına görə, sammitin məqsədi ada probleminin həlli üçün Kiprin yunan və türk tərəflərini 2017-ci ildə yarımçıq qalmış danışıqların bərpasına təşviq etməkdir. Məlumat üçün bildirək ki, Genevrədəki danışıqlar “5+1” formatında keçirilib - danışıqlar masasında adanın yunan və türk icmalarının liderləri Ersin Tatar və Nikos Kristodulides ilə yanaşı, prosesdə zəmanətçi qismində çıxış edən üç dövlət - Türkiyə, Yunanıstan və Britaniyanın XİN rəhbərləri Hakan Findan, Yorqos Herapetritis və Stiven Doti, o cümlədən Avropa İttifaqının nümayəndə heyəti də iştirak edib. Sammitdə əsas müzakirə mövzusu danışıqlar prosesinin bərpası ilə bağlı olub.

50 ildə nəticəsizdanışıqlar

1974 - cü ildən başlayaraq 2017-ci ilə qədər Kipr probleminin nizamlanması üzrə ikitərəfli və çoxtərəfli formatlarda bir çox danışıqlar aparılıb. Problemin həlli üçün bir sıra həll variantları irəli sürülüb. Danışıqlar prosesində türk icmasının əsas hədəfi adada federal dövlətin yaradılması və federal çərçivədə türk tərəfini yüksək özünüidarəetmə statusu ilə təmin etmək hüququnu tanıtdırmaq olub. 1977-ci ildə BMT-nin vasitəçiliyi ilə türk və yunan icmalarının rəhbərləri Rauf Denktaş və keşiş Kristodules Makarios arasında keçirilən danışıqlarda hər iki tərəf  adada federal dövlətin əsasının qoyulması üçün saziş imzalayırlar - sazişdə siyasi və iqtisadi hüquqların qarşılıqlı şəkildə tanınması öz əksini tapmışdı. Lakin Makariosun ölümündən sonra bu saziş qüvvədən düşdü. 1979-cu ildə ABŞ və BMT tərəfindən federal normalara söykənən həll planları irəli sürülsə də, hər iki tərəfin bir çox məsələlərdə ortaq məxrəcə gəlməməsi buna imkan vermədi. 1983-cü ildə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini elan etdi və ŞKTR-nin müstəqilliyi Türkiyə tərəfindən dərhal tanındı. Buna baxmayaraq, BMT-nin himayəsi altında hər iki tərəf arasında danışıqlar davam etdi. 1983-1986, 1991-1994 və 2002-2004 -cü illərdə BMT-nin vasitəçiliyi ilə aparılan ikitərəfli və “5+1” formatındakı danışıqlarda BMT-nin Baş katibliyi tərəfindən federal prinsiplərə əsaslanan müxtəlif həll variantları irəli sürüldü. BMT-nin təkliflərinə görə, adada həm türk, həm də yunan icması yüksək özünüidarəetmə statusuna və xüsusi siyasi və iqtisadi zonalara malik olmalı, eyni zamanda, türk və yunan icmalarının nümayəndələrindən ibarət qanunverici, icraedici və məhkəmə sistemi formalaşdırılmalı idi. Bu variantlarda türk və yunan məcburi köçkünlərin mülki hüquqları ilə bağlı məsələlər də öz həllini tapmalı idi. BMT-nin həll planları ŞKTR-nin prezidenti Rauf Denktaş tərəfindən müsbət qarşılansa da, yunan tərəfinin rəhbərliyinin riyakarlığı və türk düşmənçiliyi səbəbindən bu variantlar da həyata keçmədi. Hətta 2004-cü ilin aprelin 24-də Kiprin türk və yunan tərəfində vahid federal dövlət şəkilində birləşmək üçün keçirilən referendumda adanın türk əhalisinin 64.90 faiz bu ideyanı müsbət, yunanların 75.83 faiz isə bunu mənfi qarşılamışdı. Referendumun nəticələri onu sübut etdi ki, adada türklərin özünüidarəetmə hüquqlarına malik olması yunan icmasında birmənalı qarşılanmır. Amma yenə də ŞKTR-nin Rauf Denktaşdan sonrakı rəhbərləri Mehmet Əli Talat, Dərviş Əroğlu və Mustafa Akıncı yunan tərəfi ilə ikitərəfli formatda, o cümlədən üçtərəfli və beştərəfli formatda danışıqları davam etdirdi. Sözsüz ki, danışıqlarda ənənəvi həll variantları üzərində müzakirələr aparılırdı.  On iki illik danışıqlarda da heç bir şəkildə ortaq razılaşma əldə olunmadı. Təbii ki, burada əsas günahkar elə yunan tərəfinin rəhbərliyi idi. 2017-ci ilin yayında  İsveçrədə keçirilən son danışıqlar da nəticəsiz bitdi. Məhz bundan sonra danışıqlar prosesi tamamilə donduruldu.

Ümidlər var?

Martın17-18 -dəki Cenevrə görüşlərindən sonra danışıqlar prosesinin yenidən canlanması məsələsinə gəlincə, türk ekspertləri hesab edirlər ki, prosesin tezliklə bərpa olunacağı gözlənilmir. ŞKTR-nin beynəlxalq münasibətlər üzrə eskpertləri Ahmet Sözən, Bülent Evre, Küdrət Özərsay və Yücel Vural Kipr Radio Yayım Qurumuna müsahibəsində Cenevrə sammitindən gözləntilər, rəsmi danışıqların nə zaman başlayacağı və federal həll variantlarının yenidən gündəmdə olub-olmayacağı ilə bağlı məsələlərə aydınlıq gətiriblər. Ekspertlərin fikrincə, hazırkı durumda hər iki tərəf arasında ciddi fikir ayrılıqları müşahidə olunur və rəsmi danışıqların başlanması üçün münasib şərait yoxdur - bu baxımdan onlar yaxın zamanda mühüm dəyişikliklərin baş verəcəyini gözləmədiklərini bildiriblər.

Yeganə həll yolu nədir?

ŞKTR-in hazırkı prezidenti Ersin Tatar Kipr probleminin həllinin yalnız “iki dövlətli” plan çərçivəsində mümkün olduğunu bildirib - o, yerli və xarici media qurumlarına açıqlamalarında dəfələrlə ŞKTR-nin statusunun beynəlxalq səviyyədə tanınmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, belə bir həll planı vaxtilə İsrail-Fələstin münaqişəsinin nizamlanması üçün irəli sürülmüşdü və plan hələ də gündəmdədir. Realığa baxanda, prezident Ersin Tatar öz mövqeyində tamamilə haqlıdır. Çünki son 50 ildə türk icması yunan icması ilə adada vahid federal dövlət qurmaq uğrunda mübarizə aparırdı və qanlı münaqişənin baş verməsinə rəğmən yunanlarla birgə yaşamağa hazır olduğunu bəyan edirdi. Amma yunan tərəfinin rəhbərliyi türk icmasının dostluq və birgə yaşayış çağırışlarını düzgün qiymətləndirmədi, türk tərəfinin siyasi, iqtisadi və mədəni hüquqlarını tanımaq istəmədilər. İndi isə federal dövlətin əhəmiyyətindən dəm vururlar. Artıq çox gecdir. Vaxtilə uzunan ələ hörmət etmək lazım idi.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Mart 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri