Icma.az
close
up
RU
Qarabağ avantürasının 50 min dramlıq dramatizmi

Qarabağ avantürasının 50 min dramlıq dramatizmi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxud Samvelin “prezidentliyi” və çörək əvəzinə, minnət

Dahi Mirzə Fətəli Axundzadənin 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” əsərinin baş qəhrəmanı olan Yusif Sərrac insanları, sanki, qaranlıq dünyadan işıqlı dünyaya çıxardır, ancaq heç kəs onun qədrini bilmir, sonda şahlıqdan uzaqlaşdırılır və edam kürsüsünə çıxarılır.

İndi deyəsən, “Artsax” deyilən ölü separatizm ocağının Ermənistanda məskunlaşmış başçısı Samvel Şahramanyan da Yusif Sərraclıq eşqinə düşüb. Sən demə, 2023-cü ilin sentyabrında Qarabağın erməni əhalisinin bölgədən sərbəst şəkildə çıxmasını təmin edən o imiş. Guya, o olmasaydı, azərbaycanlılar erməniləri qıracaqmış. İddia həqiqətən gülməlidir. Amma daha gülməli olan Samvelin özünü “prezident” adlandırması və ona bu cür xitab edənlərin mövcudluğudur. Belələri isə var. Nəinki var, onlar hətta Şahramanyan qarşısında tələb də səsləndirirlər: İdarə edə bilirsənsə et, edə bilmirsənsə, get, başqası gəlsin!

Məsələ ondadır ki, “Artsax”, obrazlı desək, meyiti ortada qalıb iylənən, torpağa tapşırılmayan cəmdəkdir. Ermənistan baş naziri Nikol Paşinyan və komandası bu xəbəri cəmiyyətə çox ehtiyatla çatdırır ki, ürəyi dayanan olmasın. Ona görə erməni iqtidarı müxtəlif xırda tədbirlər gerçəkləşdirir. Bu günlərdə isə Nikolun rəhbərlik etdiyi hökumət Qarabağ ermənilərinə hər ay ödədiyi 50 min dramı kəsib. Əslində, S.Şahramanyanın sual atəşinə tutulması və onun cavab verərkən, Yusif Sərracsayağı minnət qoyması bundan qaynaqlanır.

Diqqət yetirək, Samvel bir yandan deyir ki, guya, Azərbaycan tərəfi ilə dinc əhalinin bölgədən çıxarılması üçün müzakirə aparıb və bu məqsədlə 10 ay bağlı qalmış Həkəri körpüsünün açılmasına nail olub. Digər tərəfdən isə o, ölkəmizin Qarabağ ermənilərini bölgədən zorla çıxardığını iddia edib. Adamın iki fikri üst-üstə düşmür. Ortaya elementar sual çıxır: Azərbaycan zorakılıq etmək istəsə, Samvel, ya başqa hansısa separatçı ölkəmizin qarşısını kəsə bilərdimi? Əlbəttə ki, yox. İkincisi, bu, necə zorakılıqdır ki, Azərbaycan polisi Qarabağı tərk edən sıravi ermənilərə yardım paylayırdı? Nə isə deyəsən, Samvelin tipik erməni xəstəliyinin daşıyıcılarından biri olduğunu və bu səbəbdən hər cür sərsəmləməsinin mümkünlüyünü unutduq.

Ancaq Yusif Sərrac sərsəm Şahramanyandan fərqli olaraq müsbət obrazdır. İkincinin ac “artsaxlılar” önündə dedikləri isə heç də pozitiv qiymətləndirilə bilməz. Samvel bildirib ki, bəs “Artsax konstitusiyasına” görə, hər kəs “Milli yığıncağa” müraciət edərək qeydiyyatdan keçib özünü “prezidentliyə” namizəd irəli sürə bilər. Yəni, təxminən belə: Deyirsiniz ki, bacarmırsız, gedin, öz yerinizə bacaran birini tapın. Ancaq Şahramanyan bu fikri söyləməzdən öncə başqa mətləblərə baş vurub. Məsələn, deyib ki, Ermənistan hakimiyyətinin qərarlarına təsir etmək imkanı yoxdur: “Biz onların diqqətinə xalqın çox ağır durumda yaşadığını və 50 minin (dramın) kəsilməsindən sonra insanların küçədə olacaqlarını çatdırdıq, çoxsaylı görüşlər keçirdik. Fəaliyyətimizi koordinasiya edirik. Ermənistan hakimiyyətinin qərarına təsir göstərə bilmirik. Bunun üçün ictimai təzyiq lazımdır”.

Göründüyü kimi, S.Şahramanyan fikirləri ilə, az qala, Paşinyan iqtidarına qarşı çıxmaq üçün çağırış səsləndirir. Yeri gəlmişkən, onun çağırış niyyətinin başqa göstəricisi də var. Məsələn, Samvel bildirib ki, “Artsax hakimiyyəti” ATƏT-in Minsk qrupunun buraxılmasına qarşıdır. Yəni, prosesə etiraz edir. Şahramanyan etiraz əlaməti olaraq hansı tədbirlərin görüləcəyindən söz açmasa da, ümumən nəinki onun dedikləri, habelə özünə “prezident” deyən adamın mövcudluğu rəsmi İrəvan üçün siqnal olmalıdır. Necə bir siqnal? Bu barədə söz açacağıq.

Hələlik isə bildirək ki, Azərbaycan hakimiyyətinin bütün bəndləri razılaşdırılmış sülh müqaviləsinin imzalanması üçün Ermənistan qarşısında irəli sürdüyü iki şərtdən biri ATƏT-in Minsk qrupunun ləğvidir. Ölkəmiz bu şərtlə artıq keçmişdə qalmış Qarabağ münaqişəsinin rəsmi şəkildə gündəlikdən çıxmasını təmin etmək istəyir. Nəzərə alsaq ki, münaqişə özündə Ermənistanın ölkəmizə qarşı ərazi iddiası postulatını rəhbər tuturdu, Minsk qrupu kimi təsisatın mövcudluğu həmin iddianın da davamlılıq göstəricisidir. Yəni, iddia tamamilə sıradan çıxmalıdır.

Qeyd edək ki, Ermənistan uzun müddət Azərbaycanın tələbini görməzdən gəldi. Müəyyən vaxt keçdi, rəsmi İrəvanın təmsilçiləri bildirdilər ki, ATƏT-in Minsk qrupunun ləğvi Qarabağ ermənilərinin geri qayıdışı üçün platforma rolunu oynaya bilər. Guya, təsisatın humanitar məqsədlər üçün vacibliyi məsələsini qaldırdılar, amma heç nə edə bilmədilər. Sonra Paşinyan dedi ki, ATƏT-in Minsk qrupunun ləğvi yalnız sülh müqaviləsi imzalandıqdan sonra mümkündür. Bu günlərdə isə Nikol təsisatın barış sazişinin imzalanması ilə paralel şəkildə ləğvi prosedurunun həyata keçirilməsindən söz açıb, onun qalması üçün heç bir səbəbin olmadığını vurğulayıb.

“Bu (Minsk qrupu – red.) münaqişənin həlli üçün yaradılmış yeganə platformadır. “Artsax” səhifəsini bağlamaq, Minsk qrupunu bağlamaq qərarı Ermənistan hakimiyyəti tərəfindən elan olunur. Mən Ermənistan vətəndaşlarından buna reaksiya gözləyirəm”, – deyən S.Şahramanyanın əhalini iqtidara qarşı körükləməyə çalışdığı ortadadır. Hesab edirik ki, Nikol və tərəfdarları bu məqamı nəzərə alacaqlar. Onlar, həmçinin, Ermənistanda, mahiyyətcə, separatizmə yönələn çağırışların qalmasının ziyanlı tərəfləri barədə də ciddi düşünməlidirlər. “Bu gün ölkədə kimsə, yaxud kimlərsə, “Artsax” deyib küçələrə çıxırsa, digərləri özlərini olmayan dövlətin “prezidenti” və ya başqa vəzifəlisi kimi göstərirsə, məsələ həm də faşizm prizmasından qiymətləndirilməlidir. Faşizm isə məhv edilməlidir.” Bunu Prezident İlham Əliyev bildirib. Dövlətimizin başçısı onu da deyib ki, əgər rəsmi İrəvan faşizmi məhv etməsə, bunu biz edəcəyik. Ölkəmizin məsələyə prinsipial baxışı belədir: Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, sərhəd toxunulmazlığını təhdid edən istənilən nöqtə Silahlı Qüvvələrimizin legitim hədəfidir. Yəni, hazırda Şahramanyan kimi səfehlərin, separatçı tör-töküntülərinin dilə gəlməsi, hansısa tələblər səsləndirməsi, bəyanatlar verməsi Ermənistanı hədəfimizə çevirir. Rəsmi İrəvan məhz bunun fərqində olmalıdır.

O ki qaldı, Qarabağ ermənilərinə, bəli, bu zavallıların vəziyyəti həmişə ağır olub. İndiki durum daha da dramatikdir. Ancaq nəzərə alaq ki, onlar Ermənistan vətəndaşlarıdır. Yəni, vətəndaş olaraq hüquqlara malikdirlər. Qarabağda separatçı rejimin mövcud olduğu dönəmdə də Qarabağ ermənilərinin sosial müdafiəsi ilə bağlı tədbirlər erməni iqtidarı tərəfindən həyata keçirilib. İndi bu adamlardan 50 min dram kəsilirsə, ilk baxışdan, qərar ədalətlidir. Axı digər vətəndaşlardan nə ilə fərqlənirlər? Heç nə ilə. Tamam, anladıq ki, ev-eşiklərindən çıxıblar, amma Ermənistan hakimiyyəti onları haradasa yerləşdirib. Daha nə etməlidir?

Əlbəttə, məqsədimiz heç də Paşinyan hakimiyyətini müdafiə etmək deyil və ola da bilməz. Həm də ona görə ki, hər bir toplumun başına gələnlərdə, ilk növbədə, onun özü günahkardır. Qarabağ erməniləri də həmçinin. Onlar uzun müddət erməni separatizminin ruporu rolunda çıxış ediblər. Yəni, xəstə ideologiyanın həyata keçməsində bəlli rol oynayıblar. 2023-cü ildə yoldan dönmək şansları yaranmışdı, dövlətimiz tərəfindən yüksək səviyyəli təminat verilmişdi. Fikrimizin sübutu kimi, Prezident İlham Əliyevin 2023-cü il sentyabrın 20-də, yəni Qarabağda lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan və suverenliyimiz tam bərpa olunduqdan sonra xalqa müraciətindəki bu fikirləri yada salaq: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir”.

Bəs Azərbaycanın təklifləri nələrdən ibarət idi? Dövlətimizin başçısı xalqa müraciətində buna da aydınlıq gətirmişdi: “Yevlax şəhərində mənim nümayəndəmlə Qarabağ icmasının nümayəndələrinin görüşü əsnasında biz öz baxışlarımızı, gələcək birgə yaşayış baxışlarımızı onlara çatdıracağıq. Onların bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir”.

Bəli, böyük sərvətdən imtina yolu tutan Qarabağ erməniləri Prezident İlham Əliyevin müraciətində ifadə etdiyi “Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır”, “Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər” fikirlərindən nəticə çıxarmadılar, şansı qaçırdılar, evlərini tərk edərək Ermənistana gedib, belə demək mümkünsə, avantürizmin niskil daşıyıcılarına çevrilməyi seçdilər.

Sonda bildirək ki, “Aldanmış kəvakib”də Yusif Sərrac hakimiyyət taxtından uzaqlaşdırıldıqdan sonra əhali yenidən Şah Abbasın bərbad idarəçiliyi ilə üzləşir. Qarabağın erməni əhalisi illər ərzində Azərbaycana tabeçilik dövrünün, yəni obrazlı desək, Yusif Sərrac idarəçiliyinin qədrini bilmədi və yekunda acınacaqlı durumla üzləşdi. Bu gün isə həmin əhali 50 min dramın davasını döyür, saxta Yusif sərracların yaxasından yapışır, çörək əvəzinə onların minnətini yeyir. Əslində, ortada bir toplum üçün son dərəcə acınacaqlı durum var. Bu da “Artsax” hayqırıb şivən qoparmağın axırı. Hə, onu da deyək ki, 50 min erməni dramı bizim pulla 217 manat 42 qəpikdir.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri