Icma.az
close
up
RU
Qarabağ: Çoxalan təməllər, ürəkaçan əməllər

Qarabağ: Çoxalan təməllər, ürəkaçan əməllər

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

İşğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış Azərbaycanın iqtisadi potensialının artmasına geniş imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinin təşviqi biznes cəlbediciliyinin yüksəlməsində, regionun inkişafında və əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərin zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət-özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın gerçəkləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2021-ci il 10 dekabr tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı təsdiqlənib.

Adıçəkilən sərəncamın icrası istiqamətində güzəşt və azadolmalar müəyyənləşdirilib. İlk növbədə, vergi və gömrük güzəştlərinin tətbiqi diqqətdə saxlanılıb. Belə ki, işğaldan azad edilən ərazilərin rezidentlərinin 10 il müddətində mənfəət gəlir , əmlak, torpaq, sadələşdirilmiş vergidən azad edilməsi qərara alınıb. Müvafiq sahələr üzrə idxal olunan avadanlıqlar 10 il müddətinə  ƏDV və gömrük rüsumlarından azad olunub. 

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, muzdlu işə aid olmayan fəaliyyətdən fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları gəlir əldə edən sığortaolunan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 10 il müddətinə 100 faiz həcmdə subsidiyalaşdırılması təsdiqlənib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq layihələrinin geniş vüsət almasını dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin həcmi  də aydın göstərir. Məsələn, 2020-2024-cü illərdə işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə isə bu məqsədlə 4  milyard manat vəsait xərclənməsi nəzərdə tutulub. 

Hazırda işğaldan azad edilən ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrin icrasında çalışan, eləcə də ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır. 

İşğaldan azad olunan Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu nəzərə alınaraq, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Bundan başqa, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması imkanları nəzərə alınaraq dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli fərmanı ilə 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parklarının rezidentləri qeydiyyata alındığı tarixdən 10 il müddətinə mənfəət, əmlak, torpaq vergiləri, idxal olunan avadanlıqlara görə ƏDV və gömrük rüsumlarından azad olunub.

Prezident İlham Əliyevin  2021-ci il  3 may tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl” enerji zonasının yaradılması istiqamətində tədbirlərə başlanılıb. Sərəncamın icrasını reallaşdırmaq  məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə prioritet istiqamətləri özündə ehtiva edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib.  

Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Şəhərin tarixi simasının və mədəni irsinin qorunub saxlanılmaqla bərpa olunması qarşıya mühüm vəzifə kimi qoyulub. İndiyədək Şuşada 376 ailə, ümumilikdə, 1409 nəfərdən artıq keçmiş məcburi köçkün məskunlaşdırılıb. Qeyd edək ki, indiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulub.

Bu gün Qarabağın hər yerində, eləcə də Şuşada genişmiqyaslı bərpa-quruculuq layihələri gerçəkləşdirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 9-da Şuşa rayonunda bir sıra sosial obyektlərin açılışında, şəhərdə inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmələri, Xocalıda olarkən burada “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi də bunun bariz ifadəsidir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür müasir tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi şəhərdə yaşayan əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayır.  

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak etmələri isə  dövlətimizin başçısının   işğaldan azad olunmuş ərazilərdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqların uğurla həyata keçirilməsindən xəbər verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 May 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri