Qarabağ da meydanda və meydandan kənarda lider olmuşam Almeyda
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Qarabağ"ın sabiq futbolçusu Riçard Almeyda Ağdam klubundakı çıxışı ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, brazliyalı yarımmüdafiəçi ölkəsinin "Metropoles" nəşrinə açıqlamasında "Qarabağ"da unudulmaz günlər keçirdiyini bildirib:
“Əməyin dəyərləndirilməsi çox gözəl hissdir. Təxminən 14 ilə yaxın "Qarabağ"ın üzvü olmuşam. Bunun 10 il yarımını əsas heyətin dəyişməz üzvü oldum, digər 2-3 ildə isə əsas və ehtiyat oyunçu kimi çıxış etdim. Həmişə məşqçinin etimadını hiss edirdim. Klubda həm meydanda, həm də meydandan kənarda lider olmuşam. Oynamadığım vaxtlarda belə, komandaya başqa cür kömək edirdim, məsələn, paltardəyişmə otağında dəstək verirdim”.
Almeyda "Qarabağ"da uşaqlıq arzularının həyata keçdiyini də deyib: “Futbol belədir. Allaha şükürlər olsun ki, çox çalışdım və hər şey yaxşı alındı. Bu hiss möhtəşəmdir. Uşaq vaxtı Çempionlar Liqasına baxanda atama deyirdim ki, bu turnirdə oynamaq istəyirəm. Şükürlər olsun ki, buna nail oldum. Qrup mərhələsində bir dəfə çıxış etdim, amma bundan əvvəl təxminən altı dəfə pley-off oynadıq və dəfələrlə buna çox yaxın olduq”.
Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olmuş Almeyda 2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"da çıxış edib. O, 376 oyunda 64 qol vurub. Almeyda 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
Baxış sayı:126
Bu xəbər 14 Aprel 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















