Almeyda “Qarabağ”da işə başlayıb? Rəsmi
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeydanın karyerasını başa vuraraq Ağdam klubunda skaut və ya məşqçi kimi fəaliyyətə başlaması ilə bağlı yayılan iddialar əsassızdır.
Axar.az xəbər verir ki, bunu Teleqraf-a klubun baş direktoru Əmrah Çelikel deyib.
O, bir neçə gün əvvəl Bakıya səfər edən 37 yaşlı braziliyalı yarımmüdafiəçi ilə bağlı məlumatları təkzib edib:
“Bildiyiniz kimi, Riçardın peşəkar karyerası hələ də davam edir. O, futbolçudur. Hər birimizin sevimlisi və dəyərli keçmiş oyunçumuzdur. Hazırda skaut kimi fəaliyyəti yoxdur. Dediyiniz məsələ də müzakirə olunmur”.
Qeyd edək ki, Riçard Almeyda 2025-ci ilin fevralında “Qarabağ”dan ayrılıb və hazırda Braziliyanın “XV Piracicaba” klubunun futbolçusudur. 2012-2018, 2019 və 2021-2025-ci illərdə “Qarabağ”da çıxış edən Almeyda 376 matçda 64 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 12 Noyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















