Qarabağ da şok ayrılıq: 2 milyonluq ulduz yarıqiymətinə satılır?
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"ın ukraynalı vingeri Aleksey Kaşukun komandadakı gələcəyi ilə bağlı diqqətçəkən iddialar ortaya çıxıb.
Fanat.Az xəbər verir, futbolçu ölkəsinin "Polesye" klubuna transfer oluna bilər. Jitomir təmsilçisinin artıq bir neçə aydır bu keçid üzərində işlədiyi və tərəflərin razılığa çox yaxın olduğu bildirilir.
Vaxtilə bu transferi məhz Kaşuk özü bloklayıb. Ukraynaya qayıtmaq istəməyən futbolçu "Qarabağ"la avrokuboklarda daha bir mövsüm keçirməyi planlaşdırırdı. Lakin indi şərtlər dəyişə bilər. Əgər Ağdam təmsilçisi Konfrans Liqasının təsnifat mərhələsində "Dinamo" səddini keçə bilməsə və liqa mərhələsindən kənarda qalsa, futbolçunun gələcəyi ilə bağlı qərar vermək üçün cəmi iki həftə vaxtı olacaq.
"Qarabağ" daha əvvəl oyunçu üçün 2 milyon avro tələb etsə də, onun müqaviləsinin bitməsinə təxminən 10 ay qalıb (sözləşmə 2027-ci ilin yayında başa çatır). Futbolçunun pulsuz getməsini istəməyən Azərbaycan təmsilçisi onu indidən satmaqda maraqlıdır və real transfer məbləği hazırda 1–1.2 milyon avro civarındadır.
Kamil Xudiyev
Baxış sayı:166
Bu xəbər 13 Avqust 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















