“Qarabağ”da ayrılıq rəsmi
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, 35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2012-18, 2019 və 2021-25-ci illərdə “Qarabağ”da çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
Baxış sayı:59
Bu xəbər 18 May 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















