Qarabağ “DOST Evi” filialı ağacəkmə aksiyası keçirib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 5 iyun, AZƏRTAC
5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” filialı ağacəkmə aksiyası təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, filialın həssas qruplara aid benefisiarlarının və DOST könüllülərinin da iştirakı ilə keçirilən aksiya zamanı Qarabağ Regional DOST Mərkəzinin həyətyanı ərazisində kiparis agacları əkilib və onların mühafizəsi üçün tədbirlər görülüb.
Aksiyanın təşkilində məqsəd həssas qruplardan olan şəxslərin ətraf mühitin qorunması işinə cəlb olunması və bu sahədə maarifləndirilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 İyun 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















