Icma.az
close
up
RU
Qarabağ erməniləri İrəvanda toplaşdı

Qarabağ erməniləri İrəvanda toplaşdı

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Martın 29-da Yerevanda Qarabağdan olan minlərlə erməni Ermənistan hökumətindən onlara qarşı diskriminasiyanın dayandırılması, Qarabağa təhlükəsiz geri dönüş haqlarının beynəlxalq arenada dəstəklənməsi və əksəriyyətinə yaşayış müavinətinin verilməsinin davam etdirilməsi tələbiylə etiraz aksiyası keçiriblər.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, mitinqin təşkilatçıları hökumətə bu və daha 9 tələbinin icrası üçün 1 həftə vaxt veriblər, əks təqdirdə yeni küçə etirazları ilə üz-üzə qalacaqlarını bildiriblər.

Gununsesi.info xəbər verir ki,  etirazçılar, həmçinin Yerevandakı Azadlıq Meydanında küçə çadırları qurmağa başlayıblar.

“Əgər hökumət ermənilərin bu hissəsinin Ermənistanda saxlanması və Ermənistanın güclənməsi üçün addımlar atmasa, bu mübarizənin gedişi qeyri-müəyyən olacaq. Əgər onlar bizim sosial-iqtisadi problemlərimizi həll etməsələr, qadınlarımız, uşaqlarımız küçədə qalacaqlar. Onların xoşuna gəlsə də, gəlməsə də bu, siyasi mübarizə olacaq”, – deyə etirazçılar qarşısında çıxış edənlərdən biri deyib.

Ermənistan hökuməti hələlik bu tələblərə cavab verməyib.

AzadlıqRadiosunun erməni xidməti mitinqin təşkilatçılarının Qarabağdakı keçmiş separatçı rejimin hökumət nümayəndələrinin olmadığını yazıb.
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı aparılan danışıqlar Qarabağ ermənilərinin geri dönüşü məsələsinə yer verilməyib. Bu məsələni həm Bakı, həm də Yerevan təsdiqləyib. Lakin Paşinyan Yerevandakı keçmiş separatçı rejimin nümayəndələrini bu məsələni qaldırmamağa səsləyib və Qarabağ məsələsinin Ermənistan üçün bitdiyini açıqlayıb.

Ermənistan hökuməti 2023-cü ildən Qarabağ erməniləri üçün mənzillə təminat üçün verdiyi müavinətləri 2024-cü ilin sonlarında mərhələli olaraq dayandırmaq barədə qərar qəbul edib. Hökumətin qəbul etdiyi qərara əsasən, bu müavinətlər gələn aydan etibarən yalnız uşaqlar, tələbələr, təqaüdçülər və əlillərə veriləcək. Üstəlik müavinətin həcmi iyul ayında 30000 drama qədər azaldılacaq.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Mart 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri