Icma.az
close
up
RU
İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında

İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında

Ayna saytına istinadən Icma.az xəbər verir.

Nikol Paşinyan: “Hər kəs bilməlidir ki, Üçüncü Respublikanın bütün tarixində nə baş verib, günahkar kimdir, kim nədə və niyə günahkardır?!”

Seyran Ohanyan: “Paşinyan hakimiyyətə gəldikdən sonra sabiq rəhbərləri eşitmək istəmədi və bütün prosesi uğursuzluğa düçar etdi”

Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəllər Qarabağ danışıqları prosesi ilə bağlı daxili müzakirə və mübahisədə iştirak etmək təklifini rədd edən Ermənistanın keçmiş prezidentlərini yenidən düşünməyə və bu fürsətdən istifadə etməyə çağırıb. Paşinyan öz “Facebook” səhifəsində yayımladığı videoda bu mövzuya yenidən qayıdıb.

“Bu, əslində həqiqət anıdır. Çünki Ermənistan Prezidenti olmuş şəxslərə təklif etdiyim debat xalq üçün son və birmənalı nəticə çıxarmaq üçün birinci dərəcəli əhəmiyyət kəsb etməlidir. Hər kəs bilməlidir ki, Üçüncü Respublikanın bütün tarixində nə baş verib, günahkar kimdir, kim nədə və niyə günahkardır?! Bu, əsas məlumatı olan insanlar üçün üz-üzə görüşmək uzaqdan müzakirəni başa çatdırmaq üçün müstəsna fürsətdir. Üstəlik, bu, sadəcə keçmişlə bağlı söhbət deyil, gələcək strategiyaların müəyyən edilməsi, gələcək strategiyalarda oriyentasiya üçün əsas hadisədir”, - deyə Paşinyan yekun nəticə çıxarmağı, nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazım olduğunu hesab edib.

Baş nazirin fikrincə, söhbət təkcə müzakirədən getmir: “Həm də öz tarixini öz xalqına şərh etmək, onu anlamaq imkanı vermək və ya bu imkandan məhrum etməkdir”.

“Düzdür, keçmiş prezidentlər birbaşa və ya dolayısı ilə mübahisədən yayınmağa tələsdilər. Lakin mən onları bu barədə bir daha düşünməyə çağırıram, çünki son nəticələr çıxarılacaq", - Baş nazir qeyd edib. Bildirib ki, o, kənardan söhbətlərin, əsassız ittihamların olmasına imkan verə bilməz: “Təxminən 4 il davam edən mübahisə yarımçıq qalıb”.

Baş nazir əlavə edib ki, təklifi qəbul olunmasa, “nəticələri xalq müəyyənləşdirəcək”.

Paşinyan onu da qeyd edib ki, 1994-cü ildən, yəni Bişkek sazişi imzalanandan sonra bütün danışıqlar Qarabağın Azərbaycana qaytarılması ilə bağlı olub.

Bundan əvvəl Ermənistanın üç sabiq Prezidenti mətbuat katibləri vasitəsilə Paşinyanın Qarabağ danışıqları prosesi ilə bağlı debat keçirmək təklifini rədd etmişdilər.

Müxalif “Ermənistan” fraksiyasının rəhbəri, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan isə mediaya açıqlamasında bildirib ki, Paşinyanla nələrisə müzakirə etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, Paşinyanın 1994-cü ildən bəri danışıqlar prosesinin əsas istiqamətinin “Artsaxın” Azərbaycanın tərkibində olması barədə bəyanatı erməni xalqının tutduğu yola münasibətdə cinayət və əxlaqsızlıqdır: “Paşinyan açıqlamasında tamamilə yalan danışıb. Danışıqlar prosesi 1994-cü ildə deyil, Qarabağ hərəkatının başlanğıcından başlayıb. Bu danışıqlar prosesinin nəticələri, eləcə də döyüş meydanındakı uğurlarımız atəşkəs rejiminin yaradılmasına gətirib çıxardı. Paşinyan öz hərəkətləri ilə təkcə erməni xalqına deyil, həmsədr ölkələrin işinə, nailiyyətlərinə də hörmətsizlik nümayiş etdirdi. Paşinyanın danışıqlar prosesini davam etdirmək üçün istifadə etməli olduğu böyük potensial var idi. Madrid sənədlərində gücdən istifadə etməmək, “Artsax xalqının öz müqəddəratını təyin etmək hüququ” təsbit olunub. Lakin Paşinyan Azərbaycanı gücdən istifadə etməmək prinsipini pozmağa təhrik edib. Hakimiyyətə gəldikdən sonra o, əvvəlki illərdə əldə edilmiş nəticələri öyrənmək, mövcud potensialla yaxından tanış olmaq istəmirdi. Məhz o zaman o, Ermənistanın keçmiş prezidentlərini görüşə dəvət etməli və danışıqların hansı istiqamətdə davam etdirilməli olduğunu anlamalı idi. Hər üç prezident prosesləri yaxşı bilir və Paşinyana istiqamət verə bilərdi. Lakin o, danışıqlara öz mövqeyindən başlayacağını bildirdi. Paşinyan danışıqların formatını dəyişdirməklə o zaman mövcud olan bütün potensialı məhv etdi”.

“Paşinyan hakimiyyətə gəldikdən sonra sabiq rəhbərləri eşitmək istəmədi və bütün prosesi uğursuzluğa düçar etdi. İndi öz cinayətlərinə görə məsuliyyəti başqalarının çiyninə atmaq istəyir”, - Ohanyan qeyd edib.

Erməni ekspertlər hesab edirlər ki, sabiqlərin Paşinyanın debat təklifindən imtinası təbiidir. Çünki onların zamanında Ermənistan ordusunda korrupsiya və rüşvətxorluq halları geniş vüsət alıb ki, bu da Ermənistanın İkinci Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyətinin əsas səbəblərindən biridir. Analitiklər hesab edirlər ki, Paşinyan debat zamanı hakimiyyətə gəldiyi 2018-ci ilin dövlət göstəricilərini bir-bir açıqlayacaq ki, bu da indi müxalifətdə olan sabiqlərə - xüsusilə Robert Köçəryan və Serj Sarkisyana sərf etmir. Bununla belə, ekspertlər qeyd edirlər ki, əslində Paşinyanın da niyyəti onsuz da nüfuzunu itirmiş erməni müxalifətinə zərbə vuraraq onların tarixin arxivinə yuvarlanmasına nail olmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Dekabr 2024 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri