Icma.az
close
up
RU
“Qarabağ” “Ferenstvaroş” sövdələşməsinin şok detalları Asif Əsgərov nə edib?

“Qarabağ” “Ferenstvaroş” sövdələşməsinin şok detalları Asif Əsgərov nə edib?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beləliklə, “Qarabağ”da qış “transfer pəncərəsi”ndə ikinci ayrılıq yaşandı: klub Julio Romaoyla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdi. “Köhlən atlar”ın dünən sabiq futbolçusu Kadi Borgesi transfer etdiyini də bilirik.

Romao artıq “Ferenstvaroş”a keçib. Maraqlıdı ki, Borges də “Qarabağ”a elə həmin klubdan gəlib. Hər halda, başverənlər təsadüf deyil. Düzdü, artıq bu haqda müəyyən iddialar var. Dəqiq desək, bəzi mətbuat orqanları “Qarabağ”ın Romaonu Kadiylə dəyişdiyini iddia edir. İş orasındadı ki, UEFA-nın müvafiq qaydalarına əsasən bu şərtlər daxilində futbolçu transferi mümkün deyil. Burda proses səmimi münasibətlər və qeyri-rəsmi razılaşmalar sayəsində irəliləyə bilər. Məsələ də elə bundan ibarətdi.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, ötən yay Kadinin transferiylə bağlı “Krasnodar”la razılığa gəlməkdə çətinlik çəkən, macarlardan daha çox pul təklif etsə də, istəyinə nail ola bilməyən klub bu dəfə məqsədinə baş menecer Asif Əsgərov sayəsində çatıb. Avropa Klublar Birliyinin İcraiyyə Şurasının üzvlərindən olan funksioner bu sayədə “Ferentsvaroş” rəsmilərindən biriylə səmimi dostluq münasibəti yaradıb ki, nəticədə Borgesin transferi daha rahat yolla mümkün olub. Ağdamlılar bununla ardıcıl 4 məğlubiyyətdən sonra futbolçular üzərində yaranan ruh düşkünlüyünü aradan qaldırmaq və Kadisevərlərin arzusunu gerçəkləşdirmək niyyətinə nail olub.
Romaonun “Ferentsvaroş”a keçidi də kağız üzərində olmayan sövdələşmənin bir parçasıdı. Hər iki futbolçu müqaviləyə qol çəkməzdən əvvəl azad agent statusu daşıdığından burda maddi məsələlərin üzərində baş sındırmağa ehtiyac yoxdu. O bəllidi ki, “Qarabağ” bu işdən daha qazanclı çıxıb.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Fevral 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri