Icma.az
close
up
RU
“Ferenstvaroş” “Qarabağ”: 2022 ci ildən bu yana kimlər qalıb? FOTOLAR

“Ferenstvaroş” “Qarabağ”: 2022 ci ildən bu yana kimlər qalıb? FOTOLAR

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsinin "pley-off"unda “Ferentsvaroş”la qarşılaşacaq. 

Macarıstan klubu “Qarabağ” üçün tanış rəqibdir. Belə ki, 2022/2023 mövsümündə 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu rəqibini səfərdə 3:1(ilk oyun 1:1) məğlub etməyi bacarmışdı. Üç il ərzində hər iki komandada heyətlə bağlı dəyişikliklər olub. Amma həmin oyunun sifariş ərizəsinə baxanda, dəyişiklik Macarıstan klubunda daha çoxdur. "Ferentsvaroş"un heyətində cəmi 4 futbolçu var ki, hələ də bu komandanın formasını geyinir.

Sportal.az sizə geridə qalan üç il ərzində "Qarabağ" və "Ferentsvaroş"un heyətindəki dəyişiklikləri təqdim edir: 

“Ferentsvaroş”

Denes Dibuş

2014-cü ildən “Ferentsvaroş”da oynayan Dibuş indi də komandanın əsas qolkiperidir. Macar qapıçı 3 il öncə keçirilmiş görüşdə qapısında 3 qol görmüşdü. O, Abdellah Zubir və İbrahima Vadjinin (2 qol) qarşısını ala bilməmişdi.

Kristoffer Zaxariassen

2021-ci ildə “Rosenborq”u “Ferentsvaroş”a dəyişmiş norveçl indinin özündə də bu komandanın aparıcı üzvlərindəndir. 


Adama Traore 

“Ferentsvaroş” Budapeştdəki görüşün son dəqiqələrində “Qarabağ”ın qapısına yol tapa bilmişdi. Təsəlli qolunu vuran Adama Traore də Budapeşt klubuna sadiqliyini göstərənlərdəndir. Malidən olan vinger 2022-ci ildən “Ferentsvaroş”un üzvüdür.

Endre Botka

Cinah müdafiəçisi 3 ildən sonra yenidən “Qarabağ”a qarşı oynaya bilər. Lakin 3 il əvvəl “Qarabağ”la oyundan sonra Botka komandanı qısa müddətdlik “Keşkemet”ə dəyişmişdi. Lakin Macarıstan nəhəngi sonradan onu geri qaytarmışdı.

Qeyd edək ki, 2022-ci ildəki görüşdə “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov idisə, artıq 2025-ci ildən komanda Robbi Kinə etibar edilib.


“Qarabağ”

Azərbaycan çempionununu əsas üstünlüyü məhz komandanın özəyinin daimi olaraq saxlanılması və dəyişikliklərin çox olmamasıdır. Üç il öncə Budapeştdə “Qarabağ”ın start heyətində meydana çıxan 11 futbolçudan 7-i indi də Ağdam klubunda oynayır. 

“Ferentsvaroş”la görüşdə “Qarabağ”ın start heyəti:

Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç(klubsuz), Bədavi Hüseynov, Qara Qarayev(“Araz-Naxçıvan”), Marko Yankoviç, Kadi Borges, Abdellah Zubir, İbrahima Vadji(“Turan Tovuz”), Ramil Şeydayev(“Neftçi”)

Həmin gün Ağdam klubunun ehtiyat skamyasında əyləşənlər və sonradan meydana daxil olanlar arasında hazırda “Qarabağ”ın heyətində olanlar da var, komandasını dəyişənlər də. Maraqlı məqamlardan biri odur ki, Budapeştdəki görüşdə 86-cı dəqiqədə meydana daxil olmuş Julio Romao hazırda elə “Ferentsvaroş”un formasını geyinir. Üç il əvvəlki görüşün 82-ci dəqiqəsində dubl etmiş İbrahima Vadjini əvəzləyən Kvabena Ovusu da sonradan “Ferenstvaroş”da oynamışdı. Lakin indi qanalı özünə komanda axtarır. 

Ehtiyat oyunçular skamyası:

Julio Romao(“Ferentsvaroş”), Riçard Almeyda(“Primavera”), Ovusu Kvabena (klubsuz), Leandro Andrade, Luka Quqeşaşvili(PAOK), Rahil Məmmədov(“Araz-Naxçıvan”), Amin Ramazanov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Musa Qurbanlı, Filip Ozobiç(“Turan Tovuz).

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://sportal.az
archiveBu xəbər 19 Avqust 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri