Icma.az
close
up
RU
“Qarabağ florası” kitabının təqdimatı

“Qarabağ florası” kitabının təqdimatı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun şanlı Zəfərə ithaf etdiyi “Qarabağ florası” kitabının təqdimat mərasimi keçirilib. Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin maliyyə dəstəyi ilə nəşr edilən kitabın müəllifi və redaktoru Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır.

Mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq təbiətşünas alimlərin çoxillik tədqiqatlarının nəticəsi olan “Qarabağ florası” kitabının elmi əhəmiyyətini vurğulayıb. O, nəşrdə Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bitki aləminin elmi təsnifat əsasında bütün dövrlər üzrə obyektiv xəritəsinin yaradıldığını bildirib.

AMEA rəhbəri Biologiya və Tibb Elmləri Bölməsinin alimləri tərəfindən Azərbaycan Respublikasının “Qırmızı kitab”ının hazırlanması istiqamətində ölkə ərazisində nadir bitki növlərinin, heyvanlar aləminin diqqətlə araşdırıldığını və ciddi tədqiq edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, yeni nəşrdə Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Botanika İnstitutunun əməkdaşları tərəfindən uzun illər tədqiqatdan kənarda qalmış Qarabağ ərazisində aparılmış araşdırmaların nəticələri öz əksini tapıb. “Qarabağ florası” kitabı təcavüzkar Ermənistanın 30 il davam edən işğalçılıq siyasətindən sonra mövcud boşluğu doldurmağa xidmət edən sanballı elmi tədqiqat əsəridir.

Akademik İsa Həbibbəyli botanik alimlərimizin Qarabağa səfərləri, ekspedisiyaları və etnobotaniki tədqiqatları nəticəsində ərsəyə gəlmiş nəşrdə həmin bölgədə yayılan nadir, endemik, dərman bitkiləri, mamır və yosun nümunələrinin tədqiq edildiyini, onların bioekoloji xüsusiyyətlərinin, yayılma coğrafiyasının ətraflı öyrənildiyini deyib.

AMEA prezidenti kitabda Qarabağa aid 2000-dən çox ali bitki, 400-dən çox göbələk növü,  eləcə də 91 növ nadir bitki haqqında qiymətli elmi məlumatların toplanıldığını söyləyib. Bildirib ki, bu əsər Qarabağın zəngin florası, əsasən dərman bitkiləri, nadir və endemik növləri haqqında aydın elmi təsəvvür yaradır və kitabın hər istiqaməti xüsusi tədqiqatın mövzusu olmağa layiqdir.

O, nəşrdə bitkilərin latın dilində də adlarının göstərildiyini deyərək, bu üsulun Qarabağın bitki aləminin dünyaya tanıdılması baxımından önəmini qeyd edib.

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək Qarabağ fatehi cənab Prezident İlham Əliyevin doğum günü ərəfəsində belə bir kitabın təqdimatının keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ ərazisinin bitki örtüyünü əhatə edən əsərin qiymətli elmi mənbə olduğunu qeyd edib.

Sadiq Qurbanov bildirib ki, Məhəmməd Yusif Şirvani XVIII əsrdə yazdığı “Tibbinamə” kitabında Qarabağ torpaqlarında yetişən bitki örtüyünün botaniki tərkibindən, xalq  təbabətinə müsbət təsirindən bəhs edib. Komitə sədri vurğulayıb ki, “Qarabağ florası” kitabı Qarabağ florası haqqında ətraflı və dolğun məlumat əldə etmək istəyənlər üçün əvəzsiz vəsaitdir.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, nəşrin müəllifi və redaktoru Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi biologiya üzrə fəlsəfə doktoru Babək Əlibəyov,  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, İdarənin şöbə müdiri Lamiyə Həsənova, Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, Bakı-baku.az saytının baş redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlili, Təhsil İşçiləri Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müşaviri Pərvanə Əliyeva, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, AMEA Qadınlar Şurasının üzvü Zərifə Quliyeva və “Qarabağın mirası” layihəsinin rəhbəri Nigar Helmi Abbasbəyli çıxış edərək təqdim olunan kitab barədə fikirlərini bölüşüb, əsərin elmə dəyərli töhfə olduğunu bildiriblər.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri