Icma.az
close
up
RU
Qarabağ hamı üçün, hərə isə özü üçün

Qarabağ hamı üçün, hərə isə özü üçün

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan futbolunda ilklərə imza atmağa davam edən "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Əlbəttə, Ağdam təmsilçisinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində 10 xal toplaması yerli futbol ictimaiyyətinin mümkünsüz hesab etdiyi uğurun reallaşması anlamındadır. Razılaşaq ki, ÇL-in püşkatmasından sonra Qurban Qurbanovun komandasının "Benfika", "Kopenhagen", Bilbao "Atletik"i, "Çelsi", "Napoli", "Ayntraxt" və "Liverpul" kimi rəqiblərlə duellərdən sonra pley-offda olacağına yalnız ən nikbin fanat inanardı. Həmin mətbuata açıqlamalar verən, proqnozlar səsləndirən mütəxəssislər də təmsilçimizin layiqli mübarizə aparmaq şansını vurğulayır, "köhlənlər"in real potensialının xəyalları reallaşdırmağa bəs edəcəyindən danışmağa cəsarət etmirdilər. Lakin illərdir boyundan yuxarı tullanmaq bacarığı ilə tanınan, futbolda doğru yanaşmanın, oturuşmuş sistemin effektini dəfələrlə ortaya qoyan, hamımızın futbol təfəkkürünü dəyişən Azərbaycan çempionu daha bir tarix yazdı. Bunun ölkə idmanının beynəlxalq nüfuzu adına hansı sambalda uğur olduğunu yenidən incələməyə çalışmağa belə, deyməz. Bəli, "Qarabağ" artıq pley-offda, yəni turnirin 1/16 final mərhələsindədir və təmsilçimizi "Nyukasl"la iki ağır duel gözləyir.

Onlar hara, biz hara...

Bəlli məsələdir ki, yüksək səviyyəli çempionatları ilə ad çıxarmış ölkələrdə komandaların üçgündənbir oyunlara çıxması adi haldır. Tutaq ki, dünyanın sayılıb-seçilən ulduzlarının top qovduğu İngiltərə Premyer Liqasında (İPL) istirahət günü "Mançester Siti" ilə qarşılaşan "Nyukasl" 3 gün sonra Parisdə PSJ ilə ÇL matçına çıxır, ardından şənbə günü öz meydanında "Brentford"u qəbul edir. Təbii, bazar dəyərləri 20, 30, 50, 80 milyon avro ilə dəyərləndirilən peşəkarlar maşın kimi işləyə bildikləri üçün İPL klubunun formasını geyinirlər. Orada şikayətə, göz yaşlarına baxan yoxdur. Özünü bir qədər boş buraxdınsa, turnir cədvəlinin "zirzəmi"sinə göndəriləcək və hədəflərindən uzaq düşəcəksən. Bu, bir futbol təkamülünün formalaşdırdığı gerçəklikdir. "Qarabağ"ın oynadığı Azərbaycan Premyer Liqasını şübhəsiz, İPL ilə müqayisə etmək gülünc cəhd olar. Ağdam təmsilçisinin fərdi inkişaf yolundakı əsas maneələrdən biri də yerli birincilikdəki rəqiblərinin bəlli səviyyəni keçə bilməmələridir. Azərbaycandakı komandaların ümumi fiziki, taktiki hazırlığının Avropa standartlarına cavab verməməsi əlavə problemlərə yol açır. Hə, sırf bu məqam üzərində dayanmaq, ətraflı təhlillər aparmaq ayrıca yazı mövzusudur.

"Qarabağ" üçün qorxunc qrafik

Ağdam təmsilçisi "Nyukasl"la ilk matçını fevralın 18-də Tofq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-də, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-də, 00:00-da start götürəcək. Görüş "St James Park" stadionunda gerçəkləşəcək. Cütün qalibi 1/8 finalda "Barselona" və ya "Çelsi"yə rəqib olacaq. 

Fevralın 14-də Qubada "İmişli" ilə 20-ci tur çərçivəsində münasibətlərinə aydınlıq gətirəcək "köhlənlər" qısa intervalla mərkəzi arenada "Nyukas"la qarşılaşmalı, cəmi 3 gün sonra "Palms Sport Arena"da "Neftçi" ilə prinsipial görüşdə tər tökməli və İngiltərəyə yollanmalıdırlar. "Sağsağanlar"la səfər duelinin ağırlığını atmağa isə cəmi 4 gün vaxt qalacaq. Qurbanov yetirmələrini martın 1-də MPL-in lideri "Sabah"la matça çıxarmalıdır. "Qarabağ"ın fevraldakı matçlarının qrafiki belədir:


5 fevral 
"Şamaxı" - "Qarabağ"
Azərbaycan Kuboku, 1/4 final mərhələsi (ilk oyun)

10 fevral
"Şamaxı" - "Qarabağ"
MPL, 19-cu tur

14 fevral
"İmişli" - "Qarabağ"
MPL, 20-ci tur

18 fevral
"Qarabağ" - "Nyukasl"
ÇL, pley-off mərhələsi (ilk oyun)

21 fevral
"Neftçi" - "Qarabağ"
MPL, 21-ci tur

24 fevral 
"Nyukasl" - "Qarabağ"
ÇL, pley-off mərhələsi (cavab oyunu)


"Yox" demək "Neftçi"nin haqqıdır, amma...

"Ağ-göylər" "Neftçi" ilə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət ediblər, lakin qurum Bakı klubunun buna razı olmadığını əsas gətirərək ağdamlıların xahişini yerə salıb. Sırf peşəkarlıq prizmasından yanaşsaq, "yox" demək "Neftçi"nin haqqıdır. Görünən budur ki, "ağ-qaralar" vəziyyətdən istifadə edərək azarkeşlərini "Qarabağ" üzərində qələbə ilə sevindirmək istəyirlər. Azərbaycan futbolunun ümumi uğurunu ön plana çıxarmadığı və şəxsi mənfəətini düşündüyü üçün "Neftçi"ni qınamaq da olmaz. Futbolda rəqiblərin çətin anlarda bir-birinə badalaq vurması anlaşılan mənzərədir. Paytaxt klubunun imtinasının Ağdam təmsilçisinə ciddi problem yaradacağı, güclü "Nyukasl"la matçlara daha yaxşı hazırlaşmasına mane olacağı isə dəqiqdir. 

Pul qazanım, xərcləyin

"Qarabağ"ın ÇL-dəki qəhrəmanlığı digər MPL klublarının da büdcələrini zənginləşdirməsi ilə nəticələnib. Martda təmsilçilərimizin hər birinin hesabına məhz Qurbanovun və yetirmələrinin qəhrəmanlığına görə UEFA tərəfindən 1 milyon manatdan artıq vəsait köçürüləcək. Oyunun təxirə salınmasını istəməyən "Neftçi"nin də, hazırda lider mövqeyində qərarlaşan "Sabah"ın da, futbolçularının maaşlarını gecikdirə-gecikdirə ödəyən hədəfsizlərin də. Nuş olsun!

Fanat.Az

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://fanat.az
archiveBu xəbər 04 Fevral 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri